...

Mərkəzi Bank kibertəhlükəsizliklə bağlı tədbirlər planını açıqlayıb

Maliyyə Materials 14 İyun 2023 11:01 (UTC +04:00)
Mərkəzi Bank kibertəhlükəsizliklə bağlı tədbirlər planını açıqlayıb
Kamran Qasımov
Kamran Qasımov
Bütün xəbərlər

Bakı. Trend:

Maliyyə bazarlarında kibertəhlükəsizlik strategiyasının əhatəsi formalaşdıqda onun baxışı, missiyası və əsas məqsədlərini öyrənmək lazımdır.

Trend çərşənbə günü xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) İnformasiya və kibertəhlükəsizlik şöbəsinin rəisi Elvin Şahverdiyev Bakıda keçirilən "FİNTEX SAMMİT 2023” maliyyə və texnologiyalar sərgisində deyib.

E.Şahverdiyev qeyd edib ki, AMB-nin kibertəhlükəsizlik strategiyası üzrə baxışı "maliyyə stabilliyinin təmin edilməsi üçün artmaqda olan kibertəhdidlərin fonunda ölkənin maliyyə bazarlarında kiberdayanıqlılığının gücləndirilməsindən" ibarətdir.

"Strategiyanın missiyası adekvat tənzimləmə strukturu və kibertəhlükəsizlik, kibertəhlükəsizlik sahəsində yetərincə bilik və bacarıqlara sahib insan kapitalının reallaşdığı səmərəli qarşılıqlı əlaqələr, kibertəhdidlər barədə qarşılıqlı kommunikasiya ilə əhatələnən maliyyə sisteminin formalaşmasından ibarətdir. Bu onun dayanıqlılığını təmin edir", - deyə E.Şahverdiyev vurğulayıb.

Onun sözlərinə görə, AMB bu missiyanın həyata keçirilməsi üçün qarşısında bir sıra strateji hədəflər müəyyən edib.

"Onlardan biri ölkənin maliyyə bazarlarında kibertəhlükəsizliyin ekosisteminin formalaşması, o cümlədən kibertəhdidlərə adekvat cavab reaksiyası və kibertəhlükəsizlik səviyyəsinin artırılması, kibergigiyena üzrə tədbirlərin keçirilməsi, həmçinin AMB-nin mandatı çərçivəsində təhlükəsizlik və kibertəhlükəsizliklə əlaqəli normativ metodoloji bazanın formalaşması və daima aktuallaşması və bununla ölkənin maliyyə bazarlarında maliyyə stabilliyinin təmin edilməsindən ibarətdir", - deyə o əlavə edib.

E.Şahverdiyev vurğulayıb ki, bu məqsədlərə effektiv şəkildə nail olmaq üçün 2023-2026-cı illər üzrə beş strateji prioritet üzrə tədbirlərin reallaşdırılması nəzərdə tutulub:

"Strateji prioritetlərə aşağıdakılar daxildir: maliyyə bazarlarında informasiya təhlükəsizliyi və kibertəhlükəsizlik üzrə normativ-nəzarət bazasının gücləndirilməsi; maliyyə bazarlarında kiberrisklərin idarə olunması mədəniyyətinin möhkəmləndirilməsi; maliyyə bazarlarında kibertəhlükəsizlik səviyyəsinin möhkəmləndirilməsi məqsədilə informasiya texnologiyalarını idarəetmə strukturunun formalaşması; maliyyə bazarlarında informasiya təhlükəsizliyi və kibertəhlükəsizlik mədəniyyətinin formalaşması", - deyə o sonda bildirib.

(Tərcümə: Rəna Əbdürəhmanova)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti