...

Azərbaycanın qlobal emissiyada payı mində bir ətrafındadır - Elnur Soltanov

Yaşıl iqtisadiyyat Materials 15 Aprel 2024 12:10 (UTC +04:00)
Azərbaycanın qlobal emissiyada payı mində bir ətrafındadır - Elnur Soltanov
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycanın qlobal emissiyada payı mində bir ətrafındadır.

Trend xəbər verir ki, bu barədə COP29-un baş icraçı direktoru Elnur Soltanov COP29 Sədrliyinin ilk mətbuat konfransı zamanı çıxışında bildirib.

“Tullantılarda energetika sektorunun payı 70 faizdir. Elektrik enerjisinin 90 faizi ənənəvi qaydadır. Bu istiqamətdə Azərbaycanda bərpaolunan enerjiyə keçid çox sürətlidir.

Bizdə səmərəsiz stansiyalar var. Onları səmərəli stansiyalara çevirmək üzrə işlər aparırıq”,- deyə o qeyd edib.

Qeyd edək ki, bu gün 2024-cü ilin noyabr ayında Azərbaycanda keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası ilə bağlı COP29-un baş qərargahında ilk mətbuat konfransı keçirilib. Tədbirdə COP29-un müəyyən olunmuş Prezidenti Muxtar Babayev, COP29-un baş danışıqçısı Yalçın Rəfiyev, COP29-un baş icraçı direktoru Elnur Soltanov, COP29 Əməliyyat Şirkətinin İdarə Heyətinin sədri və Əməliyyatlar üzrə baş icraçı Nərmin Carçalova, COP29-un İqlim üzrə Yüksək Səviyyəli Çempionu Nigar Arpadarai, COP29-un İqlim üzrə Gənclər Çempionu Leyla Həsənova çıxış ediblər.

Xəbər lenti

Xəbər lenti