...

"AmCham" "İqlim Dəyişmələri üzrə Maraqlı Tərəflərin Dialoqu" çərçivəsində iclas keçirib

Yaşıl iqtisadiyyat Materials 19 Aprel 2024 13:23 (UTC +04:00)
"AmCham" "İqlim Dəyişmələri üzrə Maraqlı Tərəflərin Dialoqu" çərçivəsində iclas keçirib
Lada Yevgraşına
Lada Yevgraşına
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycanda Amerika Ticarət Palatası (AmCham) bu il başladılmış "İqlim Dəyişmələri üzrə Maraqlı Tərəflərin Dialoqu" çərçivəsində bu həftə Bakıda sayca ikinci tədbiri keçirib.

Bu barədə Trend-ə "AmCham"ın nümayəndəsi deyib.

"Bu həftə "AmCham"da "İqlim Dəyişmələri üzrə Maraqlı Tərəflərin Dialoqu" çərçivəsində Dayanıqlı İnkişaf və Korporativ Təsir Komitəsi və Satınalmalar Komitəsinin birgə iclası keçirilib. Biznesin daha da artması üçün dünyada dayanıqlı təchizat zənciri (yük və xidmətlər) üzrə mövcud olan praktikaları müzakirə etdik", - deyə "AmCham" nümayəndəsi bildirib.

Nümayəndə "İqlim Dəyişmələri üzrə Maraqlı Tərəflərin Dialoqu"nun ilk tədbirinin ötən ilin yanvar ayında Bakıda keçirildiyini və "Yaşıl dünya üçün həmrəylik ili və COP29-un Azərbaycanda keçirilməsi" mövzusuna həsr olunduğunu xatırladıb.

2024-cü ilin noyabr ayına qədər "AmCham" "İqlim Dəyişmələri üzrə Maraqlı Tərəflərin Dialoqu" çərçivəsində daha dörd görüş keçirəcək.

Palatanın bu təşəbbüsü 2024-cü il 11-24 noyabr tarixlərində Bakıda keçiriləcək COP29 konfransına hazırlıq çərçivəsində Azərbaycanda müəssisələr arasında məlumatlılıq və əməkdaşlığa imkan yaratmaq məqsədi daşıyır.

"AmCham"ın "Dialoq" üzrə növbəti dörd iclası çərçivəsində aşağıdakı mövzular müzakirə olunacaq: ekoloji cəhətdən təmiz biznes əməliyyatlarında korporativ idarəetmənin rolu, Azərbaycanın qanunvericilik bazası nöqteyi-nəzərindən qeyri-maliyyə hesabatlılığı üzrə qlobal praktikalar, Azərbaycanda ESG proqramı (ekologiya, sosial aspektlər və idarəetmə) proqramı ilə əlaqəli hüquqi normalar, eləcə də əlçatan vergi imtiyazları", - deyə "AmCham" nümayəndəsi əlavə edib.

(Tərcümə: Rəna Əbdürəhmanova)

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun

Xəbər lenti

Xəbər lenti