...

Dünya Bankı Qara dənizin dibi ilə "yaşıl" dəhliz üçün 35 milyon dollar ayıracaq

Yaşıl iqtisadiyyat Materials 22 May 2024 15:21 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Dünya Bankı Qara dənizin dibi ilə "yaşıl" dəhliz üçün 35 milyon dollar ayıracaq.

Trend bu barədə Banka istinadən xəbər verir.

Dünya Bankının İcraçı Direktorlar Şurası elektrik enerjisi və bərpa olunan enerji mənbələri proqramı (ESPIRE Program) vasitəsilə enerji təhlükəsizliyinin gücləndirilməsi üzrə proqramın birinci mərhələsinin maliyyələşdirilməsi üçün bu gün 35 milyon ABŞ dolları məbləğində krediti təsdiqləyib.

ESPIRE proqramı Qara dəniz sualtı kabel layihəsinin inkişafı üçün Gürcüstanın institusional imkanlarının yaxşılaşdırılması, yerli elektrik ötürmə sistemininin möhkəmləndirilməsi, eləcə də Cənubi Qafqaz və Cənub-Şərqi Avropa arasında birbaşa enerji əlaqəsinin qurulmasını hədəfləyən 500 milyon ABŞ dolları dəyərində potensial maliyyələşdirmə paketi ilə üç mərhələdən ibarətdi.

ESPIRE təyinat nöqtələri Gürcüstan və Rumıniyada olmaqla, Qara dəniz boyunca paralel sualtı kabel elektrik ötürmə xətləri və fiber optik kabelin çəkilməsini hədəfləyən Qara dəniz sualtı kabel layihəsinin (BSSC) hazırlığının növbəti mərhələlərini dəstəkləmək üçün nəzərdə tutulub.

Qeyd edək ki, 17 dekabr 2022-ci il tarixində Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstan arasında Qafqaz regionundan Avropaya enerji körpüsünün inşasını nəzərdə tutan saziş imzalanıb. Əldə olunan saziş çərçivəsində 1195 kilometr uzunluğunda 1000 meqavatt gücündə "Black Sea Energy" sualtı elektrik kabelinin inşası gözlənilir. Kabel Azərbaycanda istehsal olunan "yaşıl" elektrik enerjisinin Gürcüstan və Qara dəniz vasitəsilə Rumıniyaya və daha sonra Macarıstana və Avropanın yerdə qalan hissəsinə nəqli üçün nəzərdə tutulacaq. Bu, dörd qiqavatta qədər "yaşıl" enerji tədarükünü təşkil etməyə imkan verəcək.

(Tərcümə: Rəna Əbdürəhmanova)

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun

Xəbər lenti

Xəbər lenti