...

İqlim fəaliyyəti ilə bağlı ümumi həllərin tapılması COP29-da vacibdir - Muxtar Babayev

Yaşıl iqtisadiyyat Materials 19 İyun 2024 10:19 (UTC +04:00)
İqlim fəaliyyəti ilə bağlı ümumi həllərin tapılması COP29-da vacibdir - Muxtar Babayev
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

COP29 Sədrliyi olaraq bizim bütün fikirləri eşitməyimiz, konsensus əsasında qurulmuş proqram hazırlamağımız və iqlimlə bağlı fəaliyyət üçün hər kəsi gücləndirən ortaq həllər tapmağımız vacibdir.

Trend xəbər verir ki, bunu bu gün ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev “COP29-a aparan yol - Dayanıqlı və Davamlı Gələcək” adlı 29-cu Ali Səviyyəli Toplantıda çıxışı zamanı deyib.

Nazir bildirib ki, keçən aylar ərzində komandamız müvafiq beynəlxalq təşkilatların rəhbərləri ilə geniş və dərin məsləhətləşmələr aparıb.

“Biz bütün maraqlı tərəflərin ümumi iqlim problemimizin təsirlərini həll etmək üçün birgə işləmək öhdəliyini gördük. Petersberq İqlim Dialoqu zamanı biz COP29 üçün - ambisiyaları artırmaq və fəaliyyətə imkan yaratmaq üçün vizyonu müəyyən etdik və indi biz geniş plandan daha spesifik yollara keçməyə hazırıq.

Biz bütün tərəflərə öz ambisiyalarını milli iqlim fəaliyyət planları, milli uyğunlaşma planları və şəffaflıq hesabatları vasitəsilə yüksəltmək üçün dəstəkləməyə çalışırıq. Azərbaycan öz səylərini gücləndirir və biz davam edən substantiv müzakirələri dəstəkləmək üçün siyasi iştirakın inteqrasiyasına sadiqik. Həmrəylik içində irəliləmək, hamımızın bölüşmək istədiyimiz gələcəyi dəstəkləmək vaxtıdır”,- deyə M.Babayev bildirib.

Qeyd edək ki, bu Yüksək Səviyyəli Görüşün əsas məqsədi Bakıda COP29-un uğurunu təmin etmək üçün bütün aidiyyəti tərəflərin birgə fəaliyyətini təmin etməkdir.
Bakıda keçiriləcək COP29-a hazırlıq onun iqlim fəaliyyətində mövcud qlobal çağırışlara və imkanlara cavab verməsini təmin etmək üçün çoxşaxəli yanaşmanı əhatə edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti