...

Nyu-Yorkda qlobal iqlim şəffaflığı ilə bağlı Yüksək Səviyyəli Dialoq təşkil ediləcək

Yaşıl iqtisadiyyat Materials 17 Sentyabr 2024 11:15 (UTC +04:00)
Lada Yevgraşına
Lada Yevgraşına
Bütün xəbərlər

Bakı. Trend:

COP 29 sədrliyi və BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Katibliyi (UNFCCC) sentyabrın 25-də Nyu-York şəhərində BMT Baş Assambleyasının 79-cu sessiyası çərçivəsində qlobal iqlim şəffaflığı ilə bağlı Yüksək Səviyyəli Dialoq təşkil edəcək.

Trend xəbər verir ki, bu barədə COP29 prezidenti Muxtar Babayev BMT ölkələrinə göndərdiyi məktubda Azərbaycan sədrliyinin təşəbbüslərini dəstəkləmək məqsədini bildirib.

M.Babayev qeyd edib ki, sentyabrın 25-də keçiriləcək Yüksək Səviyyəli Dialoq, Azərbaycanın COP sədri kimi təşəbbüslərinin tanıdılmasına kömək edəcək və Nyu-Yorkdakı müzakirələrdə "Bakı Qlobal İqlim Şəffaflığı Platforması" (BTP) müzakirə ediləcək.

O, şəffaflığın iqlim dəyişikliyi ilə mübarizədə irəliləyişi izləmək, etibarı gücləndirmək və əlavə tədbir və dəstək tələb olunan sahələri müəyyən etmək üçün vacib olduğunu vurğulayıb. BTP, inkişaf etməkdə olan ölkələrə 2 illik şəffaflıq hesabatlarının hazırlanması və təqdim olunmasında dəstək olmaq üçün yaradılıb.

Babayev, BTP-nin məqsədinin, müxtəlif maraqlı tərəfləri bir araya gətirərək, BTP hesabatlarının təqdim edilməsini dəstəkləmək, əməkdaşlığı təşviq etmək və resursların effektiv şəkildə mobilizasiya olunmasını təmin etmək olduğunu bildirib.

O, həmçinin, BTP-nin inkişaf etməkdə olan ölkələr üçün keçirəcəyi regional seminarları, o cümlədən Şərqi Avropa, Cənubi Qafqaz, Mərkəzi Asiya, Afrika, Asiya-Sakit Okean bölgəsi, Latın Amerikasını və Karib dənizini əhatə edəcəyini qeyd edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti