...

Azərbaycan qeyri-dövlət təşkilatlarını "rəqəmsal sənəd dövriyyəsi" sisteminə inteqrasiya edir

Yaşıl iqtisadiyyat Materials 11 Oktyabr 2024 12:45 (UTC +04:00)
Azərbaycan qeyri-dövlət təşkilatlarını "rəqəmsal sənəd dövriyyəsi" sisteminə inteqrasiya edir
Kamran Qasımov
Kamran Qasımov
Bütün xəbərlər

Bakı. Trend:

Hazırda Azərbaycanda qeyri-hökumət təşkilatlarının "Rəqəmsal sənəd dövriyyəsi" (RSD) sisteminə qoşulması üçün işlər aparılır.

Trend xəbər verir ki, bu barədə İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinə sədri İnarə Vəliyeva Bakıda "PASHA Holding" tərəfindən 4-cü dəfə təşkil edilən "INMerge” İnnovasiya Sammitində deyib.

İ.Vəliyeva bildirib ki, Azərbaycan rəqəmsal sənəd dövriyyəsi sisteminin tətbiqi sayəsində kağızsız idarəetmə istiqamətində inamla irəliləyir.

"Rəqəmsal sənəd dövriyyəsi sistemi sayəsində aylıq 500 mindən çox kağız qənaət olunur ki, bu da ildə təxminən 2 min ağacın qorunmasına imkan verir. Artıq 1700-dən çox dövlət müəssisəsi bu sistemə qoşulub ki, bu da kağız istifadəsini əhəmiyyətli dərəcədə azaldıb və sənəd mübadiləsinin səmərəliliyini artırıb. Hazırda qeyri-hökumət təşkilatlarının da "Rəqəmsal sənəd dövriyyəsi" (RSD) sisteminə qoşulması üzrə işlər aparılır", - o bildirib.

Qeyd edək ki, “PAŞA Holding”in təşkilatçılığı ilə həyata keçirilən bu sammitin məqsədi ölkədə innovasiya ekosisteminin inkişafına töhfə vermək, startaplar və investorları bir araya gətirərək onlara əməkdaşlıq üçün fürsət yaratmaq, eləcə də innovasiya ekosisteminin bütün iştirakçıları arasında fikir və təcrübə mübadiləsi üçün platforma qurmaqdır.

Xəbər lenti

Xəbər lenti