...

Qarabağda yaşıl enerji zonalarının yaradılması xalis sıfıra keçid üçün əsas olacaq - Energetika naziri

Yaşıl iqtisadiyyat Materials 11 Oktyabr 2024 14:03 (UTC +04:00)
Qarabağda yaşıl enerji zonalarının yaradılması xalis sıfıra keçid üçün əsas olacaq - Energetika naziri
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Qarabağda yaşıl enerji zonalarının yaradılması xalis sıfıra keçid üçün əsas olacaq.

Trend xəbər verir ki, bu barədə Energetika naziri Pərviz Şahbazov Bakıda BMT-nin İqlim Dəyişmələri üzrə Tərəflərin İlkin Konfransı (Pre-COP29) çərçivəsində keçirilən panel iclası zamanı çıxışında deyib.

O qeyd edib ki, 2030-cu ilə qədər 7 giqavat yaşıl enerji reallaşdırmaq planlarımız var ki, bunun da 70%-i ixrac olunacaq.

“Bu yaşıl enerji dəhlizləri Mərkəzi Asiyadan Avropaya daha geniş coğrafiyada yaşıl enerji keçidinə mühüm töhfə verəcək.

Azərbaycanın regionda COP29-a ilk ev sahibliyi edən ölkə kimi, Paris Sazişinin yeni razılaşması və 6-cı maddəsinin həyata keçirilməsi də daxil olmaqla, COP29-da balanslaşdırılmış nəticə əldə etmək üçün iddialı gündəm var. COP29 Prezidentliyi, maliyyə axınının əhəmiyyətli dərəcədə artırılmasına diqqət yetirərkən, eyni zamanda maneələrin sürətlə aradan qalxmasına yol açacaq.

Azərbaycan dünyada enerji keçidinin sürətləndirilməsi prosesinə rəhbərlik etməklə yanaşı, həm də genişmiqyaslı işlər həyata keçirir”,- deyə o bildirib.

Qeyd edək ki, Bakıda Pre-COP29 tədbirinin ikinci günü keçirilir.

Tədbirin ikinci günü çərçivəsində plenar sessiyalar və paralel tədbirlər keçirilməsi nəzərdə tutulub.

Xatırladaq ki, BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (COP29) Tərəflər Konfransının 29-cu sessiyası bu ilin noyabrında Azərbaycanda keçiriləcək. Bununla bağlı qərar ötən il dekabrın 11-də Dubayda keçirilən COP28 plenar iclasında qəbul edilib. İki həftə ərzində dünyanın mərkəzinə çevrilən Bakı 70-80 minə yaxın xarici qonaq qəbul edəcək.
Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyası 1992-ci ilin iyununda Rio-de-Janeyroda keçirilən Yer Sammitində insanın iqlim sisteminə təhlükəli müdaxiləsinin qarşısını almaq üçün imzalanmış sazişdir. "COP" (Conference of Parties) abbreviaturası İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının icrasına nəzarət edən ən yüksək qanunverici orqan olan "Tərəflərin Konfransı" mənasını verir. Konvensiyada 198 ölkə iştirak edir. Tərəflər başqa cür razılaşmırsa, COP hər il keçirilir. İlk COP tədbiri 1995-ci ilin martında Berlində baş tutdu və onun katibliyi Bonnda yerləşir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti