...

"AZAL" ölkə daxilində elektron aviabiletlərinin satışı sistemini tətbiq edəcək

Telekommunikasiya Materials 11 Sentyabr 2007 22:59 (UTC +04:00)
Azərbaycan, Bakı / Trend müx. S. Əliyev/ "AZAL" dövlət konserni gələcək illərdə ölkə daxilində elektron aviabiletlərinin satışı sisteminin tətbiqinə hazırlaşır. Bu barədə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin mətbuat xidmətindən "AZAL"a istinadən verilən məlumatda deyilir. Hazırda bu sistem yalnız beynəlxalq marşrutlarda tətbiq olunur. Azərbaycanda ilk elektron aviabileti apreldə Bakı-London-Bakı reysində tətbiq olunub. Bu gün ümumən satılan biletlər arasında elektron aviabiletlərinin satışının payı 2 faiz təşkil edir. Bu cür aviabiletlər əsasən Bakı-İstanbul, Bakı-London, Bakı-Dubay, Bakı-Kiyev və Bakı-Tbilisi reyslərində istifadə olunur. Elektron aviabileti - kağız aviabiletinin elektron versiyasıdır. Burada sərnişin və onun marşrut istiqaməti haqda analoji məlumat yer alır. Yeganə fərq ondan ibarətdir ki, bu cür aviabilet bilavasitə sərnişinə verilmir, yalnız elektron yazı formasında aviaşirkətin kompüter sistemində saxlanılır.

Xəbər lenti

Xəbər lenti