...

CATEL Azərbaycanda FONEX-in əhatə dairəsini genişləndirir

Telekommunikasiya Materials 27 Sentyabr 2007 21:01 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend müxbir S.Babayeva/ CATEL BM CDMA standartında fəaliyyət göstərən FONEX mobil şəbəkəsinin əhatə dairəsinə Dəvəçi rayonu da daxil edilib. Bu barədə şirkətdən məlumat verilib.

Şirkət Kürdəmir, Balakən, Ucar və Ağstafa rayonlarını da şəbəkəyə qoşmağı planlaşdırır.

Rabitə keyfiyyətinin daha da yaxşılaşdırılması məqsədi ilə Bakı şəhərində 10 yeni stansiya istifadəyə verilib.

FONEX CATEL BM-nin mobil rabitə bazarına 2007-ci ilin aprel ayında çıxartdığı yeni ticarət nişanıdır. FONEX mobil şəbəkəsinin əhatə dairəsinə Bakı və Sumqayıt daxil olmaqla, Abşeron yarımadası, eləcə də Gəncə, Şəmkir, Əli-Bayramlı, Mingəçevir, Yevlax və Nabran daxildir.

Hal-hazırda FONEX mobil şəbəkəsi (işğal olunmuş torpaqları istisna etməklə) ölkənin ümumi ərazisinin 30% əhatə edir. Yaxın zamanda FONEX mobil şəbəkəsi ilə ölkənin Şimal və Cənub bölgələri əhatə ediləcək, o cümlədən Qubanın və Lənkəranın rayon mərkəzləri.

CATEL BM-si əhalinin 80%-nin məskunlaşdığı əraziləri öz əhatə dairəsinə daxil etməyi planlaşdırır. Bununla yanaşı, BM-sə həm də satış və xidmət ofisləri şəbəkəsini inkişaf etdirməyi, həmçinin dilerlər şəbəkəsini genişləndirməyi də planlaşdırır.

Xəbər lenti

Xəbər lenti