...

Nobel Laureatı Jores Alferov Azərbaycanda öz Fondunu yaratmaq istəyir

Telekommunikasiya Materials 28 Sentyabr 2007 19:02 (UTC +04:00)
Nobel Laureatı Jores Alferov Azərbaycanda öz Fondunu yaratmaq istəyir

Azərbaycan, Bakı/ Trend , müxbir S.Babayeva/ Nobel mükafatı laureatı, Sankt-Peterburq Elmlər Akademiyasının vitse-prezidenti, məşhur alim Jores Alferov Azərbaycanda öz Fondunu təsis etmək istəyir. Bu barədə cümə günü "Yüksək texnologiyalarda material və informasiya elmləri birinci beynəlxalq konfrans"ının bağlanışında Azərbaycanın Rabitə və Informasiya Texnologiyaları naziri Əli Abbasov bildirib.

Fondun yaradılması müddəti hələ səsləndirilməyib. Nazirin sözlərinə görə, Fondun fəaliyyəti Azərbaycanda texnologiya sahəsində elmi-tədqiqat işlərinə yardıma yönələcək. Alferov Bakıya "Yarımnaqilli hetrostruktur - enerji və informasiya texnologiyaları üçün material" mövzusunda geniş məruzə ilə çıxış etmək üçün gəlmişdi.

Alferov Rusiya Elmlər Akademiyasının (REA) həqiqi üzvü, REA vitse-prezidenti, REA Sankt-Peterburq Elmi Mərkəzi rəyasət heyətinin sədri, A.F.İoffe adına REA Fizika-Texnika institutunun direktoru, RF Dövlət Dumasının deputatı, Elm və təhsil üzrə Komitənin üzvüdür. O, 1930-cu ilin 15 martında Vitebskdə doğulub.

Xəbər lenti

Xəbər lenti