...

Azərbaycanda İnternet niyə bahadır?

Telekommunikasiya Materials 12 Noyabr 2007 21:01 (UTC +04:00)

Azərbaycan, Bakı, / Trend , müxbir S.Babayeva/ Azərbaycanın İnternet Cəmiyyətinin rəhbəri, "Azerin" provayder şirkətinin baş direktoru Qalib Qurbanovun verdiyi məlumata görə, Azərbaycanda internetin baha olması onun inkişafını ləngidir və göstərilən xidmətlərin keyfiyyətini azaldır. Qurbanovun sözlərinə görə, bu amillər obyektiv səbəblərə malikdir. Xüsusilə, Azərbaycan İnternet-mərkəzlərdən uzaqda yerləşir və xüsusi İnternet axınlar üçün nəzərdə tutulan dünyanın İnternet bekbonları (beynəlxalq provayderlərin magistralları və fibrooptik kanallar) buradan keçmir.

"Trafikin (telekommunikasiya xidmətləri) çatdırılması onun qoşulmasından 20-30 dəfə baha başa gəlir" - deyə Qurbanov bildirib.

Qurbanovun sözlərinə görə, "Azersat" şirkəti (Delta Telecom) Azərbaycanda İnternet-provayderlərə İnternet axını çatdıran yeganə təzhizatçıdır. "Azərbaycan provayderləri bu şirkət vasitəsilə fibrooptik kanallar tərəfindən Belçika və Almaniyanın qlobal provayderlərinə qoşulublar" - deyə Qurbanov bildirib.

"Azersat" müntəzəm olaraq xidmət tariflərini aşağı salır və hazırda İnternetə giriş kanalının 1 meqabitinin dəyəri təxminən 1,5 min dollar təşkil edir, lakin hələ 5 il bundan əvvəl qiymət 3-4 dəfə baha idi.

"Buna baxmayaraq, İnternet-axının hazırki dəyər şəraitində İnternetə genişzolaqlı çıxış xidmətlərini inkişaf etdirmək çətindir" - deyə ekspert hesab edir. "Əgər MDB dövlətləri ilə müqayisə aparsaq, biz orta mövqelərdə yerləşirik. Təbii ki, Avropaya bilavasitə yaxın yeləşən ölkələrdə, məsələn, Baltikyanı ölkələrdə, Ukraynada və Belarusda qiymətlər nisbətən aşağıdır" - deyə Qurbanov bildirib.

Azərbaycanın "İnternet-Forum" QHT-nin və "Multimedia" Mərkəzinin rəhbəri Osman Gündüz hesab edir ki, ölkədə İnternetin baha olmasının əsas səbəbi, provayderlər arasında rəqabət mühitinin olmaması, İnternet xidmətlərinin aşağı keyfiyyəti və məhdud çeşididir. İnternetin baha olması, eləcə də, bu sahədə inhisarın mövcud olması ilə əlaqədardır (ölkədə yeganə təzhizatçının olması nəzərdə tutulur - "Azərsat").

Qurbanov, əksinə, qeyd edir ki, qızğın rəqabət şəraitində provayder xidmətləri ilə 30-a yaxın şirkət məşğul olur və uyğun olaraq, qiymətlər müntəzəm olaraq aşağı düşür. "İndi provayderlərin kommersiyaya meyl etməsini demək olmaz, çünki onların hamısı şəbəkə qərarları ilə məşğul olur" - deyə Qurbanov bildirib.

"İnternet, xüsusilə ölkədəki genişzolaqlı xidmətlər, həqiqətən də, bahadır. Bunun səbəbi isə, bu istiqamətdə provayderlərin heç bir təşəbbüs göstərməməsidir" - deyə Azərbaycanın Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin İnformasiya Cəmiyyətinin İnkişafı Şöbəsinin rəhbəri Rüfət Gülməmmədov məlumat verib. Onun sözlərinə görə, son 4 il ərzində "Azersat" provayderlər üçün tarifləri 7 dəfə aşağı salıb, nəticədə, giriş İnternet-axınların 25 dəfə, çıxış İnternet axınlar 17 dəfə artıb. Rabitə Nazirliyinin eksperti hesab edir ki, son illər ərzində ölkənin sayı 30-dan çox olan provayderlərinin heç birindən tariflərin azaldılması və ya islahatların keçirilməsi ilə bağlı təklif daxil olmayıb.

Ekspertlər yaranmış vəziyyətdən müxtəlif çıxış yolları təklif edir. Qurbanov hesab edir ki, Azərbaycanda internetin dəyərinin aşağı salınması məqsədilə Rusiya, Ukrayna və digər tranzit ölkələrlə hökumətlərarası müqavilə imzalamaq lazımdır (məhz bu ölkələrin köməyilə fibrooptik kanal vasitəsilə Avropanın qlobal İnternet şəbəkəsinə qoşulmaq mümkün olur). İnternet kanallar üçün bu tranzit ölkələrdə xüsusi tariflər tətbiq etmək lazımdır. İnternet -trafiki beynəlxalq trafiklə paylaşmaq və güzəştli qiymətlərlə bu tranzit kanalları hesablaşmaq lazımdır. Şəxsi kontenti, İnternet-bakinqi, İnternet-ticarəti, distansion təlimi inkişaf etdirmək lazımdır.

"Problemin həlli "Elekton Azərbaycan" proqramını sürətlə həyata keçirməkdən ibarəddir və təbii ki, hər bir müəssisə, orqan, hətta mağaza və restoranlar öz saytlarına malik olmalıdırlar.

Gündüz problemin həllini əlavə bekbonların yaradılmasınada, (bu, iri provayderlərdən biri, məsələn,

"Azeurotel", "Catel" və "Azeronline" ola bilər), İternet provayderdlər üçün ATS-in qiymətinin azaldılmasında, İnteret -trafikə güzəştlərin tətbiq olunmasında, liberallaşdırma və özəlləşdirmədə, provayderlərə güzəştli kredit vəsaitlərinin verilməsində görür.

QHT rəhbəri bildirib ki, ölkədə genişzolaqlı İnternet abunəçilərinin sayının artmasına nail olmaq və Azərbaycanın İnternet istifadəçilərinin ümümi sayında payı 70-80% təşkil edən "dial-up" qoşulma tendensiyasını azaltmaq lazımdır. "Bu çox pis göstəricidir, belə ki, "dial-up" dünyada tədricən yox olur" - deyə o qeyd edib.

Hazırda Azərbaycanda göstərilən xidmətlərin keyfiyyətindən asılı olaraq, İnternet -kanalın 1 Mb üçün orta dəyəri $ 900-1,6 min dollar təşkil edir. Ayrılmış xətt istifadəçilərinin sayı 2 min nəfərdir .

Xəbər lenti

Xəbər lenti