...

İranda müharibə vaxtı 21 min nəfər saxlanılıb

Dünya xəbərləri Materials 12 Avqust 2025 17:03 (UTC +04:00)
Elnur Bağışov
Elnur Bağışov
Bütün xəbərlər

Bakı. Trend:

İsrailin İrana 12 günlük hərbi hava hücumları zamanı İranda təxminən 21 min nəfər müxtəlif səbəblərlə polis tərəfindən saxlanılıb.

Trend-in məlumatına görə, bunu İranın Hüquq-Mühafizə Qüvvələrinin sözçüsü Səid Montəzer Əl-Məhdi deyib.

Onun sözlərinə görə, qeyd olunan müddətdə ölkədə 2 774 nəfər miqrant saxlanılıb. Miqrantların telefonlarına baxış zamanı ölkənin müxtəlif yüksəklikləri, önəmli obyektləri və məkanların kadrları müşahidə olunub. Onlardan 261 nəfər casusluq, 172 nəfər isə məkanların qanunsuz formada şəklini çəkmək ittihamı ilə həbs olunub.

Xatırladaq ki, 13 iyun səhər saatlarında İsrail İrana hərbi hava zərbələr endirib. Zərbələr nəticəsində çoxlu sayda yüksək səviyyəli hərbçi, generallar, nüvə alimləri və başqa yüksək səviyyəli rəsmilər ölüb.

Elə həmin günün axşamı, İran “Doğru Vəd III” əməliyyatı ilə İsrailə cavab verib: Tel-Əviv daxil olmaqla bir çox yerlərə yüzlərlə ballistik raket, pilotsuz uçuş aparatı buraxılıb, bu da mülki itkilərə və geniş-miqyaslı dağıntılara yol açıb.

22 iyunda ABŞ İranın üç nüvə obyektinə hərbi hava hücumları edib. Hava hücumları nəticəsində İranın nüvə obyektlərinin məhv edildiyi qeyd olunub.

Əlavə edək ki, 23 iyun axşam saatlarında İran ABŞ-nin Qətərdəki hərbi bazasına hava zərbələri endirib.

24 iyunda İsrail baş nazirinin ofisi İsrail hökumətinin ABŞ prezidenti Donald Trampın vasitəçiliyi ilə İranla atəşkəsə razılaşdığını elan edib.

İranın Ali Milli Təhlükəsizlik Şurası da bəyanat yayaraq hücumların dayandırıldığını qeyd edib.

Xəbər lenti

Xəbər lenti