...

Xaçmazın Dədəli kəndində səyyar qəbul keçirilib (FOTO)

Cəmiyyət Materials 12 Avqust 2025 16:31 (UTC +04:00)
Xaçmazın Dədəli kəndində səyyar qəbul keçirilib (FOTO)
Bəsti Məmməd
Bəsti Məmməd
Bütün xəbərlər

Bakı. Trend:

Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev, yerli hüquq mühafizə orqanları, idarə, müəssisə və təşkilat rəhbərlərinin iştirakı ilə Dədəli kəndində səyyar qəbul keçirib.

Trend xəbər verir ki, bu barədə Xaçmaz Rayon İcra Hakimiyyəti məlumat yayıb.

Bildirilib ki, qəbulda Dədəli İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinə daxil olan Dədəli, Palıdlı, Bostançı, Nağıoba, Hacıəbdürəhimoba, Sibiroba və Kiçik Baraxum kəndlərinin sakinləri iştirak edib.

Sakinlər elektrik təsərrüfatının yenilənməsi, yolların təmiri, su təchizatının yaxşılaşdırılması ilə bağlı müraciətlər səsləndiriblər.

Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev kənd sakinlərinin arzu və təkliflərini həssaslıqla dinləyərək, onları narahat edən problemlərin aradan qaldırılması istiqamətində müvafiq tapşırıqlarını verib. Bir çox müraciətlər yerindəcə həll edilib.

Sakinlər əhalinin problemlərinin həll edilməsi məqsədilə yerlərdə həyata keçirilən tədbirlərə, göstərilən yüksək diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti