...

Azercell beşinci ölkə ilə GPRS/MMS rouminq müqaviləsi bağlvyıb

Telekommunikasiya Materials 27 Noyabr 2007 17:06 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend / Azərbaycanın mobil rabitə operatoru "Azercell Telekom" BM ilə İslandiyanın "Vodafone", Danimarkanın "H3G Denmark", Rumıniyanın "Orange" (Mobilrom), İordaniyanın "Umniah" və İsveçin "H3G Sweden" operatorları arasında GPRS/MMS rouminq xidməti istifadəyə verilib. Xatırladaq ki, bu, "Azercell"-in bu ölkələrin hər biri ilə-İslandiya, İsveç, Rumıniya və Danimarka ilə sayca birinci rouminq müqaviləsidir.

2,8 mln-dan çox abonentə malik olan "Azercell Telekom" bu günədək 55 ölkənin mobil rabitə operatorları ilə 111 GPRS/MMS rouminq sazişi bağlayıb.

Xəbər lenti

Xəbər lenti