...

Azərbaycan rabitə sahəsində regional əməkdaşlıq idarələrinin poçt təhlükəsizliyinə dair beynəlxalq seminarda iştirak edir

Telekommunikasiya Materials 28 Noyabr 2007 19:21 (UTC +04:00)

Azərbaycan, Bakı, / Trend / Azərbaycan rabitə sahəsində regional əməkdaşlıq idarələrinin mütəxəssisləri üçün keçiriləcək poçt təhlükəsizliyinə dair beynəlxalq seminarda iştirak edəcək. Azərbaycanın Rabitə və İnformasiya Texnologiyaları nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, seminarda "Azerpocht" Dövlət Müəssisəsinin keyfiyyətə nəzarət şöbəsinin rəisi Novruz Qalayev iştirak edir.

Seminarda poçt təhlükəsizliyi sahəsində mütəxəssislər müxtəlif mövzularda çıxışlar edəcək və bu mövzularda müzakirələr aparılacaq.

Seminarda Ümumdünya Poçt İttifaqının, ABŞ, Almaniya, Polşa və Danimarkanın nümayəndələri də iştirak edirlər.

Seminar noyabrın 28-29-da Moskvada keçirilir.

Xəbər lenti

Xəbər lenti