...

"Microsoft" Azərbaycandakı nümayəndəliyinə yeni rəhbər təyin olunmasını elan edib

Telekommunikasiya Materials 27 Fevral 2008 17:21 (UTC +04:00)
"Microsoft" Azərbaycandakı nümayəndəliyinə yeni rəhbər təyin olunmasını elan edib

Azərbaycan, Bakı, 27 fevral / Trend / "Microsoft" Korporasiyası "Microsoft Azerbaijan" şirkətinin yeni Baş direktoru vəzifəsinə Teymur Axundovun təyin olunmasını elan edib. O, bu vəzifədə Vladimir Çaykovskini əvəz edib. Çaykovski, müqavilə bitdikdən sonra, "Microsoft Ukraine" ofisinə dövlət idarələri ilə iş üzrə direktor işinə keçib.

Axundov Korporasiyada fəaliyyətinə 2005-ci ildə Azərbaycanda və Gürcüstanda dövlət təşkilatları və korporativ sifarişçilərlə iş üzrə departamentin direktoru kimi başlayıb.

"Biz burda işə iki il əvvəl başlamışıq və ötən müddət ərzində müsbət nəticələrə nail olmuşuq. Mən əminəm ki, biz tərəfdaşlarımıza, sifarişçilərimizlə sıx işləyərək və əlbəttə, dövlətin dəstəyi ilə, şirkətin Azərbaycanda gələcək inkişafını təmin edə biləcəyik", - yeni Baş direktor deyib.

Axundov Azərbaycanın informasiya texnologiyaları bazarında on beş ildən artıq iş təcrübəsinə malikdir. İnformasiya texnologiyaları sahəsində ali təhsili var: 1991-ci ildə Azərbaycan Sənaye İnstitutunun "İnformasiya-hesablama texnikası" ixtisası üzrə bitirib.

"Microsoft Azerbaijan" şirkəti 2005-ci ildən işləyir. Onun vəzifələrinə Azərbaycan ərazisində proqram təminatı, bazarının inkişafı və korporasiya məhsullarının irəliləməsi, tərəfdaş və sifarişçilərin dəstəklənməsi, həmçinin, Korporasiyanın yeni texnologiyasının lokallaşdırılması və sosial layihələrin reallaşdırılması daxildir.

Xəbər lenti

Xəbər lenti