...

BMT elektron hazırlıq üzrə Azərbaycanın reytinqini artırıb

Telekommunikasiya Materials 4 Mart 2008 19:44 (UTC +04:00)

Azərbaycan, Bakı, 04 mart / Trend , müxbir S.Babayeva/ 2008-ci ildə Azərbaycan elektron hazırlıq üzrə BMT-nin dünya reytinq cədvəlində 89-cu yeri tutub, 2005-ci ildə ölkəmiz bu reytinqdə 1001-ci yerdə qərarlaşmışdı. BMT-nin E-Government Survey - 2008 hesabatında qeyd olunub ki, Azərbaycan Qərbi Asiya regionunda Gürcüstanı (90-cı yer) və Ermənistanı (103-cü yer) qabaqlayıb. Azərbaycanın elektron hazırlıq indeksi 0.4609 təşkil edib, Gürcüstanda bu göstərici - 0.4598, Ermənistanda isə - 0.4182 olub.

Reytinqdə Qərbi Asiya üzrə ən yüksək yeri İsrail tutur, bu dövlət 17-ci yerdə qərarlaşıb. Ounun ardınca Qərbi Asiya üzrə ölkələrin siyahısında Birləşmiş Ərəb Əmirlikləri (32-ci yer) və Kipr (35-ci yer) gəlir.

Aşağıdakı cədvəldə Qərbi Asiya ölkələri qeyd olunub:

Ölkə 2008İndeks 2005İndeks 2008Reytinq 2005Reytinq
İsrail 0.7393 0.6903 17 24
Birləşmiş Ərəb Əmirlikləri 0.6301 0.5718 32 42
Kipr 0.6019 0.5872 35 37
Bəhreyn 0.5723 0.5282 42 53
İordaniya 0.5480 0.4639 50 68
Qətər 0.5314 0.4895 53 62
Küveyt 0.5202 0.4431 57 75
Səudiyyə Ərəbistanı 0.4935 0.4105 70 80
Livan 0.4840 0.4560 74 71
Türkiyə 0.4834 0.4960 76 60
Əmman 0.4691 0.3405 84 112
Azərbaycan 0.4609 0.3773 89 101
Gürcüstan 0.4598 0.4034 90 83
Ermənistan 0.4182 0.3625 103 106
Suriya 0.3614 0.2871 119 132
İraq 0.2690 0.3334 151 118
Yəmən 0.2142 0.2125 164 154
Bütün region 0.4857 0.4384
Bütün dünya 0.4514 0.4267

BMT-nin elektron iştirak indeksi üzrə (E-participation index) Azərbaycan Misir, Hindistan, İrlandiya və İtaliyanı qabaqlayaraq, 49-cu yeri tutub.

Ümumilikdə BMT-nin elektron hazırlıq üzrə hesabatı192 ölkəni əhatə edib. TOP-10-da İsveç ilk pillədədir, sonra Danimarka və Norveç gəlir. ABŞ dördüncü yerdə qərarlaşıb, qalan ardıcıllığı Niderland, Koreya, Kanada, Avstraliya, Fransa və Böyük Britaniya bölüşdürür.

Xəbər lenti

Xəbər lenti