...

Azərbaycan poçtunun bütün əməliyyatları ilin sonunadək avtomatlaşdırılacaq

Telekommunikasiya Materials 7 May 2008 19:54 (UTC +04:00)

Azərbaycan, Bakı, 07 may/ Trend , müxbir S.Babayeva/ "Maliyyə xidmətlərinin inkişafı" layihəsi çərçivəsində, ilin sonunadək Azerpoçth DM-in bütün poçt əməliyyatları avtomatlaşdırılacaq. Bu barədə çərşənbə günü Dövlət Müəssisəsindən məlumat veriblər.

"Artıq tenderin qalibi Hewlett Packard, Colvir və Sinam Konsorsiumu işə başlayıb" - DM-dən bildirblər.

Tender poçt-maliyyə və avtomatlaşdırılmış əməliyyat sisteminin əldə edilməsi məqsədilə keçrilib. Proqram təminatı paketinə DM-in yerli şəbəkəsinin daxili və xarici informasiya sistemlərinə qoşulması daxildir. Şirkət sistemin yoxlanılmasında Azerpocht-a yardım göstərməli, texnik və mühasiblər üçün treninqlər keçirməli, Rabitə Nazirliyinin informasiya-hesablayıcı mərkəzi üçün avadanlıq verməli, onun quraşdırılması və yoxlanılmasını həyata keçirməlidir.

Azerpocht-da bildiriblər ki, sistemə, aşağıdakılar daxil olmaqla, həm maliyyə, həm də poçt məsələləri üzrə çoxsaylı modellər daxildir: depozit, xəzinədarlıq, aktivlər və passivlərin idarə edilməsi, likvidliyin idarə edilməsi, informasiya idarəetmə sistemi, avtomatlaşdırılmış mühasibat kitabı.

Poçt modulları - poçt göndərişlərinin, o cümlədən də beynəlxalq göndərişlərin izlənilməsi və poçt xidmətlərinin avtomatlaşdırılmasıdır.

İdarədən bildirblər ki, ilin sonunadək bəzi modulları, o cümlədən mühasibat kitabı və poçt əməliyyatlarının tam avtomatlaşdırılması üzrə modulları istismara vermək planlaşdırılır. Maliyyə xidmətlərini tətbiqi üçün qalan işlər növbəti ildə yerinə yetiriləcək.

"Bu gün bütün işlər plan üzrə aparılır və hazırda Azerpocht üçün PT-nin tətbiqi üzrə detallar dəqiqləşdirilir. Belə ki, analoji sistem Qazaxıstan administrasiyasında uğurla tətbiq edilib", - DM-dən bildiriblər.

Birinci mərhələdə yeni sistem test variantında Azerpocht-ın baş ofisində, bir poçt filialında və Bakıdakı beş poçt bölməsində işə salınacaq. 2010-cu ilədək Bakının bütün poçt bölmələri bu sistemə qoşulacaq.

Əsas komponentinin ölkənin poçt sisteminin təkmilləşdirilməsi olan "Maliyyə xidmətlərinin inkişafı" layihəsinin dəyəri $17,5 mln. təşkil edir. DB $12,25 mln. məbləğində kredit ayıracaq, qalan hisssə isə, Azərbaycan hökumətinin payına düşür.

Xəbər lenti

Xəbər lenti