...

"Azərcell" rəhbərinin vəzifəsi artıb

Telekommunikasiya Materials 22 May 2008 05:42 (UTC +04:00)

Azərbaycan, Bakı. 22 may / Trend / Azərbaycanın rabitə bazarında fəaliyyət göstərən "Azərcell" şirkətinin rəhbəri Halim Ateş "TeliaSonera" və "Turkcell" şirkətlərinin birgə müəssisəsi olan "Fintur Holdings B.V." şirkətinin Əməliyyatlar üzrə Baş Müdiri təyin olunub.

Şirkətin yaydığı məlumatda bildirilir ki, Türkiyənin İstanbul şəhərində yerləşən yeni vəzifəsində, Halim Ateş "Fintur Holdings B.V."-nin tabeçiliyində olan şirkətlərin bütün gündəlik kommersiya fəaliyyətinin idarəetməsinə məsul olacaq. O,  "TeliaSonera"-nın Avrasiya Biznes Sahəsinin Prezidenti, "Fintur Holding"-in Baş İcraçı Direktoru və İdarə Heyətinin sədri Cənab Tero Kivisaariyə məruzə edəcək.

Yeni təyinatla yanaşı, Ateş eyni zamanda "Azercell Telecom" MMC -də 2006-cı il aprel ayından çalışdığı Prezident vəzifəsini də icra edəcək.

Qeyd edək ki, Halim Ateş 1998-2002-ci illərdə "Türkcell"-in və 2002-ci ildə "Fintur Holdings B.V."-nin İnsan Resursları Şöbəsində çalışıb, 2002-2006-cı illər ərzində isə "Fintur Holdings"-in Moldovadakı "Moldcell SA" rabitə operatorunun Baş Direktoru postunda çalışıb.

"Fintur Holdings B.V." "TeliaSonera AB" və "Turkcell İletisim Hizmetleri AS" şirkətlərinin birgə müəssisəsidir. O Avrasiyanın inkişaf etməkdə olan ölkələrində - Azərbaycan ("Azercell"), Qazaxıstan ("K'Cell"), Gürcüstan ("Geocell") və Moldovada ("Moldcell") öz törəmə müəssisələri vasitəsi ilə geniş çeşidli rabitə xidmətləri göstərir. Bundan başqa, o "TeliaSonera" şirkətinin Tacikistan ("İndigo" və "Somocom") və Özbəkistandakı ("Coscom") törəmə müəssisələrinin idarə edilməsini həyata keçirir. "Fintur" qrupuna daxil olan şirkətlərin əməkdaşlarının sayı 3 500 nəfərdir. Bu şirkətlərin illik ümumi gəlirləri 2007-ci ildə 1.5 milyard dollardan artıq olub.

Xəbər lenti

Xəbər lenti