...

"Aztelekom" yeni rabitə obyektlərini istifadəyə verəcək

Telekommunikasiya Materials 6 İyun 2008 18:19 (UTC +04:00)

Azərbaycan, Bakı, 06 iyun / Trend / Azərbaycanın Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin (RİTN) "Aztelekom" İstehsal Birliyi Azərbaycanda Milli Qurtuluş Günü - 15 iyun ərəfəsində bir sıra yeni obyektlər istifadəyə verməyi planlaşdırır.

RİTN-dan verilən məlumat görə, Ucar telekommunikasiya şəbəkəsinin mərkəzi ATS-də 4000/1170 nömrə həcmində, DS-200 tipli EATS istifadəyə veriləcək ki, bununda nəticəsində, Ucar şəhərinin telekommunikasiya şəbəkəsinin elektronlaşdırılması başa çatacaq.

Ağcabədi rayonunun Cəfərli kəndində - 128/30 nomrə tutumlu; İmişli rayonunun Qızılkənd və Boşçalar kəndində - hər biri 256/30 nomrə; Yardımlı rayonunun Vəngədöz kəndində - 13830 nomerə; Bərdə raoynunun Şahvəllər kəndində - 256/30 nömrə; Qusar rayonunun Balaqusar kəndi və Olimpiya idman kompleksində - 04/480 və 512/60 nomrə; Sabirabad rayonunun Qaratəpə və Haşimxanlı kəndlərində - hər biri 256/30 nömrə; Xəlfəli kəndində - 128/30 nömrə; Kürdəmir rayonunun Çelqubalı kəndində - 128/30 nömrə; Ağdam rayonunun "Dördyol" qəsəbəsində- 256/30 nömrə; Ağdaş rayonunun Hapıtlı kəndində - 128/30 nömrə; Xaçmaz rayonunun Seyidli kəndində - 128/30 nömrə; Qobustan rayonunun Şıxzərli kəndində -128/30 nömrə; Saatlı rayonunun Mirələlkənd kəndində - 256/30 nömrə; Tovuz rayonunun Keşməli kəndində - 256/30 nömrə üzhrə analoji obyektlər istifadəyə veriləcək.

Xəbər lenti

Xəbər lenti