...

Dünya İnternet şəbəkəsi istifadəçilərinin təqribən 40 faizi Asiyanın payına düşür – World Internet Stats

Telekommunikasiya Materials 17 İyun 2008 15:57 (UTC +04:00)

Azərbaycan, Bakı, 17 iyun/ Trend , müxbir S.Babayeva/ İnternetdən istifadə üzrə beynəlxalq statistika təşkilatının World Internet Stats-ın 2008-ci ilin martına olan qiymətləndirməsinə əsasən, dünya qlobal İnternet şəbəkəsi istifadəçilərinin 37,6 faizi Azərbaycanın da daxil olduğu Asiyanın payına düşür. Bu regionda istifadəçilərin sayı 530 mln. nəfərə çatıb.

Qalan 27,1 faizi (382 mln.) Avropa sakinləri, 17,5 faiz (246 mln.) - Şimali Amerika, 9,8 faiz (137 mln.) - Latın Amerikası və Karib, 3,6 faiz (51 mln.) - Afrika, 3 faiz (42 mln.) - Yaxın Şərq, 1,4 faiz (19 mln.) - Avstraliya və Okeaniya sakinləri təşkil edir.

2000-2008-ci illərdə ən böyük artım Yaxın Şərqdə müşahidə olunub - 1176,8 faiz. Onun ardınca Afrika -1030,2 faiz, Latın Amerikası və Karib - 659,9 faiz, Asiya - 363,4 faiz, Avropa - 263,5 faiz, Avstraliya və Okeaniya - 154 faiz, Şimali Amerika - 127,9 faiz gəlir.

Xəbər lenti

Xəbər lenti