...

Nar Mobile-dan "Əylən və Qazan!" aksiyasının qalibləri məlum oldu

Telekommunikasiya Materials 5 Avqust 2008 18:31 (UTC +04:00)

Azərbaycan, Bakı, 05 avqust/ Trend / Aprelin 18 - dən iyulun 20 - dək keçirilən aksiyanın qalibiı Şahin Ağayev Azerfon Nar Mobile MMC mobil rabitə opertorundan 1 ədəd notbuk qazandı. Şirkətin verdiyi məlumata görə, aksiyanın digər qalibləri 4 iPod, 20 Yaddaş kartı və digər dəyərli hədiyyələr qazanıblar.

Mobil əyləncəni sevən istifadəçilər üçün xüsusi olaraq hazırlanmış "Əylən və Qazan" aksiyanın şərtlərinə əsasən, abunəçilər Nar Mobile Menyu Bələdçisininin SMS-İnfo, SMS-Abunə, Realton, Video, JAVA oyunlar və ya Fultrek bölmələrindən hər hansı bir kontenti sifariş etməklə ballar toplayıblar. Nəticədə, ən çox bal toplamış abunəçilər "Əylən və Qazan" aksiyasının qalibləri olublar.

2005 - ci il dekabrın 30 - da Azerfon MMC-yə (Nar Mobile ticarət nişanı) Azərbaycan ərazisində GSM standartlı mobil rabitə xidmətlərinin göstərilməsinə dair lisenziya verilib.

Şirkət kommersiya fəaliyyəti ilə 2007- ci il martın 21- dən məşğul olur və Nar Mobile ticarət nişanı ilə təqdim olunub. Hazırda şirkətin rabitə xidmətlərindən 500 mindən çox abunəçi istifadə edir.

Xəbər lenti

Xəbər lenti