...

"Azerfon" Şəkidə satış və abunəçilərə xidmət üzrə yeni mərkəz açıb

Telekommunikasiya Materials 14 Oktyabr 2008 12:40 (UTC +04:00)

Azərbaycan, Bakı, 14 oktyabr / Trend / Mobil rabitə operatoru "Azerfon" (Nar Mobile ticarət nişanlı) Azərbaycanın daha bir regionunda satış və abunəçilərə xidmət üzrə yeni mərkəzin açıldığını elan edib. Şirkətin məlumatında bildirilir ki, yeni mərkəz Şəki şəhərində, Heydər Əliyev prospekti, 4 ünvanında yerləşir.

Hazırda şirkətin Bakı, Gəncə, Şəki və Naxçıvan şəhərlərində on "Nar Mobile" Mərkəzi fəaliyyət göstərir. Bu gün şirkətin Azərbaycan ərazisində 400-dən artıq rəsmi diler və distribütor mərkəzlərindən ibarət satış şəbəkəsi fəaliyyətdədir.

"Azerfon" MMC Azərbaycan ərazisində mobil rabitə xidməti göstərmək üçün lisenziyanı 2005-ci ildə alıb. Operator kommersiya fəaliyyətinə 21 mart 2007-ci il tarixində Nar Mobile ticarət nişanı ilə başlayıb. Hazırda Nar Mobile şəbəkəsindən 650 mindən çox abunəçi istifadə edir.

Xəbər lenti

Xəbər lenti