...

Rusiyanın iri sistem inteqratoru Azərbaycanda ofisinin açıldığını bildirib

Telekommunikasiya Materials 26 Noyabr 2008 13:35 (UTC +04:00)

Azərbaycan, Bakı, 26 noyabr / Trend , müxbir S.Babayeva/ Rusiyanın iri sistem inteqratoru "Texnoserv" Azərbaycanda rəsmi regional ofisinin işə başladığını bəyan edib. İsmayıl Məmmədkərimov nümayəndəliyin baş direktoru təyin olunub.

"Biz çoxdan Azərbaycan ərazisində iş aparırdıq. Mən bu bazarı ən perspektivlilərdən biri hesab edirəm", - biznesin MDB-də inkişafı üzrə direktor Boris Borodyanski deyib.

Regional ofisin rəhbəri Məmmədkərimovun sözlərinə görə, şirkət Azərbaycanda biznesin dinamik inkişafını gözləyir.

"Azərbaycanda ofisin açılışı 2012-ci ilədək MDB ölkələrində biznesin aktiv inkişafını nəzərdə tutan korporativ strateji inkişafın realizəsinin daha bir nəticəsidir. 2008-ci ilin sonunadək biz MDB ölkələrində daha bir neçə regional ofisin açılışını planlaşdırırıq", - regional inkişaf üzrə direktor Serqey Dobrınin söyləyib.

Rusiyada, MDB dövlətləri və Avropada fəaliyyət göstərən iri sistem inteqratoru "Texnoserv" 1992-ci ildə yaradılıb. Onun əsas inkişaf istiqamətləri informasiya-kommunikasiya infrastrukturunun, informasiya təhlükəsizliyi sisteminin, enerji və mühəndis sistemlərinin, iri müəssisələrin və sahə miqyaslı tətbiqi platformaların istifadəsi, inkişafı və autsorsinqi üzrə iri, sosial əhəmiyyətli layihələrin realizəsidir. "Texnoserv" 2005-ci ildən regional şəbəkəsini inkişaf etdirir. Bu gün şirkət

Yekaterinburq, Krasnodar, Nijne Novqorod, Novosibirsk və Sankt-Peterburqda təmsil olunub. MDB-də "Texnoserv"in Azərbaycanda, Özbəkistanda və Ukraynada regional ofisləri mövcuddur.

2007-ci maliyyə ilində "Texnoserv"in dövriyyəsi 54 faiz artaraq 1,157 mlrd. dollar olub.

Xəbər lenti

Xəbər lenti