Azərbaycan, Bakı, 27 noyabr/ Trend / Azərbaycanın mobil rabitə operatoru Azercell Telecom cümə axşamı WAP vasitəsilə abonentlərə buraxılmış zənglər barədə xidmətin (KimZengEtmisCELL) təqdim olunduğunu elan edib. Məlumatda deyilir ki, Azercell abonentləri indi telefon açıq deyilsə və əhatə dairəsindən kənardadırsa, gələn zənglər (zəngin edildiyi gün və saat daxil olmaqla) barədə məlumat əldə edə biləcəklər.
Bu xidmətə qoşulmaq üçün abonent xidmetlerim.azercell.com wap - səhifəsindən KimZengEtmisCELL xidmətini seçərək, son 15 və ya 30 gündə buraxılan zənglər barədə məlumat əldə edə bilər.
Trafik 10 KB intervalla hesablanır.
10 KB - nin qiyməti - Azercell Fakturalı Xətt abunəçiləri üçün ƏDV-siz 0,01 manat, Açıq Xətt və Bizdən Bizə abonentləri üçün üç, GəncSim abonentləri üçün 2 konturdur.