...

Azercell beynəlxalq MMS-rouminq xidmətinin əhatə zonasını genişləndirib

Telekommunikasiya Materials 15 Dekabr 2008 20:04 (UTC +04:00)

Azərbaycan, Bakı, 15 dekabr/ Trend /Azərbaycanın mobil rabitə operatoru Azercell Telecom MMC Bosniya və Herseqovinanın BH Telecom mobil rabitə şirkəti ilə Beynəlxalq MMS xidmətini istifadəyə verib.

Azercell 2007-ci ilin aprelində Azərbaycanda ilk dəfə olaraq, beynəlxalq MMS rouminq xidmətini istifadəyə verib, - şirkətin məlumatında deyilir. Bu gün Azercell Telekom MMC 39 mobil şəbəkə operatoru ilə 35 ölkədə MMS xidmətinə qoşulub.

Ölkənin aparıcı mobil operatoru indiyədək 68 ölkənin 160 operatoru ilə GPRS/MMS müqaviləsi imzalayıb. Lakin Beynəlxalq MMS rouminq xidməti GPRS/MMS rouminq xidmətindən imkanlarına görə fərqlənir. Belə ki, indiyədək istifadədə olan GPRS/MMS  rouminq xidməti vasitəsilə xarici ölkədə olan abonent yalnız digər "Azercell" abonentləri ilə MMS mübadiləsi  aparmaq və GPRS-dən istifadə etmək imkanlarını əldə edirdi. Adıçəkilən xidmət isə Azercell abonentlərinə yalnız şəbəkə daxilində deyil, həm də müqavilə imzaladığı operatorun abonentləri ilə MMS mübadiləsi aparmağa imkan verir.

Azercell Telecom-un abonentlərinin sayı 3,5 mln. nəfərdir.

Xəbər lenti

Xəbər lenti