...

Azərbaycanda təhsil sektoru üçün Data-mərkəz yaradılır

Telekommunikasiya Materials 5 Mart 2009 13:25 (UTC +04:00)

Azərbaycan, Bakı, 05 mart / Trend /

Azərbaycanda "2008-2012-ci illər təhsil sisteminin informasiyalaşdırılması üzrə dövlət proqramı" çərçivəsində informasiya və resurs mərkəzi (Data mərkəz) yaradılır. "Yaradılan informasiya və resurs mərkəzi Azərbaycanın təhsil sektorunun informasiyalaşdırılması prosesində mərkəzi yer tutur", - ULTRA şirkətinin prezidenti (layihənin icraçısı) Tahir Mirkişili deyib.

Onun sözlərinə görə, mərkəz informasiya təhsil resurslarının saxlama yeri, eləcə də Azərbaycan təhsil şəbəkəsinin İnternetə "çıxış nöqtəsi" olacaq. Mərkəzdə xüsusi müdafiə şəbəkəsi qurulub. Bununla yanaşı, bütün növ avadanlıqların gecə-gündüz və ehtiyat fəaliyyətinin həyata keçirilməsi üçün bütün texniki şərait yaradılıb.

Qurulmuş avadanlıqlar mərkəzə bir çox funksiyanı həyata keçirmək imkanı verəcək. Məsələn, xüsusi mərkəzləşmiş anti-virus proqram təminatı məktəb kömpyuterlərində avtomatik yenilənəcək. Bütün məktəb kompyuterləri birbaşa mərkəzdən idarə olunacaq ki, bu da kompyuterlərə texniki xidmətin səviyyəsini xeyli artırmaq imkanı verəcək. Burada həmçinin veb-konfranslar keçirmək mümkün olacaq və elektron tədris resursları yerləşdiriləcək. Mərkəzin serverində Azərbaycan məktəblərinin xəritəsi də olacaq. İnternet vasitəsilə ictimaiyyətə açıq olan bu resursun köməyi ilə məktəblər haqda bütün lazımi informasiyanı əldə etmək mümkün olacaq.

Xəbər lenti

Xəbər lenti