...

SimSim abunəçiləri Gürcüstanda RoamCell xidmətindən istifadə edə biləcəklər

Telekommunikasiya Materials 19 Mart 2009 16:13 (UTC +04:00)

Azərbaycan, Bakı, 19 mart / Trend /

Azərbaycanın Mobil rabitə operatoru Azercell Telecom fakturalı xətt abonentləri ilə yanaşı, SimSim abonentlərinin də rouminq əhatə dairəsini genişləndiririr. İndi SimSim abonentləri Gürcüstanda da öz nömrələrindən istifadə edə biləcəklər. Bu barədə şirkətin məlumatında bildirlir.

Hazırda "Azercell Telekom" 23 mobil şəbəkə operatoru ilə 17 ölkədə "Camel" xidmətinə qoşulub.

Şirkət 2007-ci ilin iyul ayında Azərbaycanda ilk dəfə olaraq SimSim abonentləri üçün RoamCELL xidmətini istifadəyə verib. Bu xidmət, ilk olaraq, Türkiyənin Turkcell operatoru ilə reallaşdırılıb.

İndiyədək SimSim abonentləri Türkiyə, Ukrayna, Rusiya, Birləşmiş Ərəb Əmirliklərində, Moldovada, İsraildə, Özbəkistanda, Belçikada, Litvada, Pakistanda, İtaliyada, Belarusiyada, Əfqanıstanda, Bolqarıstanda, Qırğızstanda və Qazaxıstanda rouminq xidmətindən yararlanırdılar.

RoamCELL xidmətini aktivləşdirmək üçün Azərbaycanın hüdudlarını keçməzdən əvvəl *135*1#YES düymələrini yığmaq kifayətdir.

Xəbər lenti

Xəbər lenti