...

Microsoft-un dünya üzrə ştatının azalması Azərbaycan ofisinə aid edilməyəcək

Telekommunikasiya Materials 6 May 2009 14:46 (UTC +04:00)

Azərbaycan, Bakı, 06 may / Trend , müxbir S.Babayeva /

"Microsoft-un bütün dünya üzrə nümayəndəliklərində bir neçə min əməkdaşının işdən azad olunması ilə əlaqədar olaraq Azərbaycan ofisində ştatda kəsrə salınma gözlənilmir", - çərşənbə günü Microsoft-un Azərbaycan nümayəndəliyindən deyilib.

"Bu ixtisarlar Azərbaycan ofisinə aid olmayacaq", - nümayəndəlikdən bildirilib.

İTAR-TASS-ın verdiyi məlumata görə, yanvarın sonunda Microsoft özünün bütün dünya üzrə səpələnmiş nümayəndəliklərində 5 minə yaxın işçinin kəsrə salınması haqda xəbər yayıb. 1,4 min yer dərhal ləğv olunub, qalan iş yerlərinin isə mərhələli şəkildə, 2010-cu ilin iyununa qədər azaltmaq planlaşdırılırdı. Ancaq indi şirkət öz qərarına yenidən baxıb və qalan həmin 3,6 nəfəri dərhal işdən azad edir.

Bununla yanaşı, korporasiyanın işçilərinə elektron müraciəti zamanı Microsoft-un Baş direktoru Stiv Balmer yeni kəsrəsalmaların ortaya çıxmasının da gözlənildiyini qeyd edib. Son 23 ildə ilk dəfə dünyanın ən böyük proqram təminatçısı olan Microsoft şirkətinin gəliri ilin ilk rübündə azalmağa başlayıb. İlk üç ay ərzində şirkətin satışları altı faiz aşağı düşüb. Microsoft-un nümayəndələri yaranmış durumu qlobal iqtisadi böhran şəraitində bazardakı tələbatın azalması ilə izah edirlər.

"Microsoft Azerbaijan" (Koprasiyanın Azərbaycandakı nümayəndəliyi) şirkəti 2005-ci ildən fəaliyyət göstərir. Onun vəzifələrinə Azərbaycan ərazisində proqram təminatı, bazarın inkişafı və korporasiya məhsullarının irəliləməsi, tərəfdaş və sifarişçilərin dəstəklənməsi, həmçinin, Korporasiyanın yeni texnologiyasının lokallaşdırılması və sosial layihələrin reallaşdırılması daxildir. Nümayəndəliyin rəhbəri Teymur Axundovdur.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti