...

Azercell yeni rouminq müqavilələri imzalayıb

Telekommunikasiya Materials 27 May 2009 16:39 (UTC +04:00)

Azərbaycan, Bakı, 27 may / Trend /

"Azercell Telekom" MMC ilə İsrailin "Pelephone" və Rusiyanın "Tele2" operatorları arasında GPRS/MMS rouminq xidməti istifadəyə verilib. Şirkətdən verilən məlumata görə, bu "Azercell"-in İsrail ilə üçüncü, Rusiya ilə isə beşinci rouminq müqaviləsidir.

"Azercell" abonentləri hazırda İsrailin "Partner" və "Celcom", Rusiyanın isə "Megafone", "VimpelCom", "MTS" və "NTC" operatorlarının xidmətindən yararlanırlar.

İndiyə kimi "Azercell Telekom" MMC 74 ölkənin mobil rabitə operatorları ilə 180 GPRS/MMS rouminq sazişi bağlayıb.

Xəbər lenti

Xəbər lenti