...

"Unibank" korporativ lisenziyalaşdırma proqramının həyata keçirilməsinə başlayıb

Telekommunikasiya Materials 17 İyul 2009 12:25 (UTC +04:00)
“Unibank” Kommersiya Bankı” ASC özünün bütün işçi stansiya və server parkının proqram təminatının korporativ lisenziyalaşdırılması proqramının həyata keçirilməsinə başlayıb. Bu barədə bankdan məlumat verilib.

Azərbaycan, Bakı, 17 iyul / Trend /

"Unibank" Kommersiya Bankı" ASC özünün bütün işçi stansiya və server parkının proqram təminatının korporativ lisenziyalaşdırılması proqramının həyata keçirilməsinə başlayıb. Bu barədə bankdan məlumat verilib.

"ULTRA" şirkəti ilə bağlanmış "Microsoft Enterprise Agreement" sazişi çərçivəsində 300 fərdi kompüter üçün proqram məhsullarının son versiyalarının istifadə edilməsi üçün lisenziyalar əldə olunub. Korporativ lisenziyalaşdırılmanın bu variantının üstünlüyü sazişin dəyərinə yeniləşdirilmə üçün abunənin daxil edilməsidir. Bu xüsusiyyət məhsulların yeni versiyalarının, bütün yeniləşmələrin və patçların, Bankın informasiya sisteminin təhlükəsizliyini və onun qlobal meyllərə müvafiq şəkildə daimi inkişafını təmin etməklə, istifadə edilməsinə imkan verir. Bundan başqa, "Microsoft Enterprise Agreement" proramına müvafiq olaraq, lisenziyalar hissə-hissə üç il müddətinə illik ödənişlərlə əldə edilir. Lisenziyaların tərkibinə yeniləşmələr ("Software Assurance") də daxil olduğundan, sazişin qüvvədə olduğu müddət ərzində yeni versiyalara keçid "ULTRA" şirkəti tərəfindən pulsuz yerinə yetiriləcək. Sazişin qüvvədə olduğu müddətdə "Unibank"a "Software Assurance" proqramı üzrə, sertifikat almış təlim mərkəzlərində öz mütəxəssislərin təlimləndirilməsini, server məhsullarının texniki dəstəklənməsini, ev fərdi kompüterlərində "Offise"-in istifadə edilməsi hüququnu, "TechNet Plus"a abunəni daxil edən pulsuz əlavə xidmətlər paketi təqdim olunur. Müqavilənin digər şərtlərinə əsasən, Bank həmçinin sazişə daxil edilmiş proqram məhsullarının onun bağlanmasından sonra əldə olunacaq kompüterlərə də yüklənməsi hüququnu əldə edib.

"Microsoft Enterprise Agreement" - kompütrelərinin sayı 250-dən artıq olan təşkilatlar üçün nəzərdə tutulan korporativ lisenziyalaşdırılma proqramıdır. Zəmanət verilmiş daimi texniki dəstək, habelə bu proqramın yuxarıda sadalanan üstünlüklərini əldə edən "Unibank", "Microsoft" proqram təminatından korporativ platforma kimi istifadə edir ki, bu da onun fəaliyyətinin dünya keyfiyyat standartlarına müvafiq olduğuna daha bir sübutdur."ULTRA" ölkədə informasiya texnologiyaları sahəsində kompleks həllər təqdim edən iri şirkətlərdən biridir. O, "Microsoft"-un 3 ən yüksək tərəf-müqabil statusunu - "Microsoft Gold Certified Partner", "Microsoft Large Account Reseller" (LAR) və "Microsoft OEM Partner" alıb.

Xəbər lenti

Xəbər lenti