...

"Sinterra" QSC və "Azərtelekom" rəhbərliyinin növbəti görüşü avqustun ortalarında baş tutacaq

Telekommunikasiya Materials 20 İyul 2009 13:00 (UTC +04:00)
“Sinterra” QSC və “Azərtelekom” rəhbərliyinin növbəti görüşü avqustun ortalarında baş tutacaq. Bu barədə Trend Capital-a “Azərtelekom” şirkətindən məlumat verilib.

Azərbaycan, Bakı, 20 iyul / Trend , müxbir H.Vəliyev /

"Sinterra" QSC və "Azərtelekom" rəhbərliyinin növbəti görüşü avqustun ortalarında baş tutacaq. Bu barədə Trend -a "Azərtelekom" şirkətindən məlumat verilib.

Görüş zamanı ikitərəfli əməkdaşlıq və tərəfdaşların gələcək planları müzakirə olunacaq. Şirkətdən qeyd edildiyi kimi, tərəflər bu şirkətin yaratdığı Rusiya-Azərbaycan birgə müəssisəsinin rəhbərliyini təsdiq etmək və müəssisəyə ad vermək niyyətindədirlər.

Hazırda birgə müəssisə tərəfindən Rusiya ilə Azərbaycan arasında optik lifli kabel magistralının inşası həyata keçirilir. Bazada yaradılacaq rabitə xəttinin ilkin keçiricilik qabiliyyəti 10 Qbit/san. olacaq.

Layihənin həyata keçirilməsi Rusiya Azərbaycan sərhədində, Dərbənd-Quba ərazisində operatorların telekomunikasiya strukturunun birləşdirilməsinə, eləcə də iki operatorun Azərbaycan və Rusiya, eləcə də Xəzəryanı regionun qonşu ölkələrinin bazarlarında coğrafi iştirakı genişləndirməyə imkan verəcək.

BM-nin təsisçiləri Azərbaycan tərəfdən "Azərtelekom", Rusiya tərəfindən isə "Sinterra" QSC milli rabitə operatorudur. Təsis sənədlərinə görə, "Azərtelekom" və "Sinterra" BM-nin səhm kapitalının 50 faizini alıb.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti