...

Xüsusi iqtisadi zonalar üzrə qanunvericilik Azərbaycanda texnoparkın yaradılması layihəsinin həyata keçməsini tezləşdirəcək

Telekommunikasiya Materials 22 İyul 2009 18:26 (UTC +04:00)
Azərbaycan Parlamenti tərəfindən xüsusi iqtisadi zonalar üzrə qəbul edilmiş qanun respublikada texnoparkın yaradılması üçün istinad nöqtəsi olacaq. Bu barədə jurnalsitlərə rabitə və informasiya texnologiyaları nazirinin müavini Elmir Vəlizadə bildirib.

Azərbaycan, Bakı, 22 iyul / Trend , müxbir H.Vəliyev /

Azərbaycan Parlamenti tərəfindən xüsusi iqtisadi zonalar üzrə qəbul edilmiş qanun respublikada texnoparkın yaradılması üçün istinad nöqtəsi olacaq. Bu barədə jurnalsitlərə rabitə və informasiya texnologiyaları nazirinin müavini Elmir Vəlizadə bildirib.

Onun sözlərinə əsasən, qanunun qüvvəyə minməsindən sonra yəqin ki, texnoparkın fəaliyyətinin hüquqi nizamlanması istiqamətində addımlar atılcaq, həmçinin sözügedən layihənin həyata keçirilməsi üçün hüquqi əsaslar yaradılacaq.

Azərbaycan Hökuməti iqtisadiyyatın inkişafını gücləndirmək və onu yüksək texnologiyalara əsaslanan innovasiya xarekterli iqtisadiyyata çevirmək niyyətindədir.

Hazırda innovasiya və texnologiya mövzuları aktualdır. Azərbaycanın hazırda xammal asılılığından qurtularaq inkişafın yeni istiqamətlərini axtarması faktı danılmazdır. Hökumət də hazırda innovasiyaların inkişafında maraqlı olduğunu nümayiş etdirir.

İlkin məlumatlara əsasən, texnoparkın yaradılması Bakı ətrafında planlaşdırılır. Parkın funksiyası üçün dövlət 20 hektar torpaq ayıracaq. Gələcəkdə texnoparka fəaliyyəti İT ilə əlaqəli olan yerli və xarici şirkətlər də cəlb olunacaq.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti