...

Naxçıvanın Rabitə Nazirliyi İKT sektoruna 733 min manatdan çox sərmayə yatırıb

Telekommunikasiya Materials 31 İyul 2009 11:51 (UTC +04:00)

Azərbaycan, Bakı, 31 iyul / Trend , müxbir Q.Vəliyev /

Naxçıvan Muxtar Respublikasının Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi üzrə mədaxil birinci yarım ildə 2,3 milyon manat təşkil edib. Bu barədə idarənin məlumatında deyilir.

Hesabat dövrü ərzində nazirlik tərəfindən İKT sektoruna 733 min manatdan çox sərmayə qoyulub. Naxtel simsiz rabitənin genişləndirilməsi üçün dörd baza stansiyası quraşdırılıb. Hazırda Naxtel şəbəkəsi NMR-in 80% yaşayış mətəqəsini əhatə edir. Eyni zamanda 1435 vahid stasionar telefon nömrəsi istismara verilib.

Alternativ rabitə xətlərinin yaradılması məqsədilə Naxçıvan-Türkiyə-Bakı optik kabeli üstündən 155 Mbit/s sürəti ilə informasiya axınının ötürülməsinə imkan verən STM1 sinxron nəqliyyat modulu üzrə kanallar yaradılıb.

Poçt rabitəsi xidmətində ümumi çəkisi 14,5 ton olan bağlama göndərilib, 81,4 ton çəkisində isə bağlama alınıb.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti