...

"Xalq kompyuteri" pilot layihəsinin birinci mərhələsi başa çatır

Telekommunikasiya Materials 25 Avqust 2009 11:39 (UTC +04:00)
"Xalq kompyuteri" pilot layihəsinin birinci mərhələsi başa çatır

Azərbaycan, Bakı, 24 avqust / Trend , müxbir Q.Vəliyev /

"Xalq kompyuteri" pilot layihəsinin birinci mərhələsi sona çatır, bu barədə Trend -a HP şirkətinin Azərbaycandakı nümayəndəliyindən bildirilib.

"Yaxın zamanda layihənin birinci mərhələsinin həyata keçirilməsi müddəti başa çatır, bununla əlaqədar olaraq gələcək realizə məsələsinin nəzərdən keçirilməsi gözlənilir", - şirkətdən bildirilib.

Həyata keçirilməsi dörd ay müddətinə nəzərdə tutulan pilaot layihəyə aprel ayında start verilib. Pilot layihə çərçivəsində 2400 personal kompyuter satılıb, onun da böyük əksəriyyətini (90 faiz) portativ kompuyterlər təşkil edib.

Pilot layihə çərçivəsində beş min mini-nout (MiniNote), noutbuk və stolüstü kompyuterlər ayrılıb. HP-nin məlumatına əsasən, satış həcminin azalması məzuniyyət və tətil dövrlərinin başlandlğı yay ayları üçün xarekterikdir, bu dövr praktiki olaraq hər zaman alıcı fəallığına mənfi təsir göstərir.

"Xalq kompyuteri" pilot layihəsi çərçivəsində təklif edilən kompyuterlər yalnız müəllimlər üçün nəzərdə tutulub. Layihə 12 ay müddətinə faizsiz, bazar qimətindən 25-40 faiz aşağı qiymətlərlə PK-nin satışını nəzərdə tutur.

Layihə HP və Microsoft şirkətlərinin iştirakı ilə həyata keçirilir. Texnikanın tədarükü HP-nin yerli tərəfdaşı Bestcomp Group şirkəti tərəfindən həyata keçirilir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti