...

Bakıda təhlükəsizlik sistemlərinin ikinci beynəlxalq sərgisi CIPS-2009 keçiriləcək

Telekommunikasiya Materials 5 Oktyabr 2009 16:00 (UTC +04:00)

Azərbaycan, Bakı, 05 oktyabr / Trend /

Bakıda noyabrın 4-7-də Heydər Əliyev adına İdman və Konsert Kompleksində ikinci beynəlxalq Xəzər sərgisi "Mühafizə, Təhlükəsizlik və Xilasetmə Vasitələri" - CIPS-2009 keçiriləcək. Bu barədə sərginin təşkilatçısı Iteca Caspian-nın məlumatında deyilir.

Bu il "Telekommunikasiya və İnformasiya Texnologiyaları" beynəlxalq sərgisi və konfransı BakuTel-2009 ilə birgə keçiriləcək. Sərgilərin birgə keçirilməsinin səbəbi İKT texnologiyalarının əhalinin təhlükəsizliyinin təmin edilməsində geniş tətbiq olunması və sərgilərin ekspozisiyasının hər iki sahənin mütəxəssisləri üçün maraq kəsb etməsi ilə izah olunur.

CIPS-2009 sərgisi öz meydanına Türkiyə, Yaponiya, Rusiya və Ukraynadan olan beynəlxalq eksponent heyətini toplayacaq.

CIPS-2009 sərgisi təkcə xilasetmə vasitələri, yanğın təhlükəsizliyi, kompüterlərin müdafiəsinin inkişafında nailliyyətlərin nümayiş etdirilməsi yeri deyil, həmçinin informasiya mübadiləsi, müxtəlif həyat və istehsal təhlükələrinin qarşısını almaq məqsədi ilə səylərin birləşdirilməsi imkanlarının axtarışı və ideyaların formalaşması mərkəzidir.

Qonaqlar və eksponentlər müxtəlif nəqliyyat vasitələrinin texniki xüsusiyyətləri, sənaye casusluğunun qarşısının alınması sistemləri, eləcə də rabitə və xəbərdarlıq sistemləri ilə tanış ola bilərlər.

Bu il sərgidə televiziya və mühafizə-müşahidə sistemləri sərgilənəcək.

Sərgi çərçivəsində seminarların və yeniliklərin prezentasiyasının keçirilməsi planlaşdırılır ki, bu da yeni biliklərə yiyələnməyə və iş əlaqələri qurmağa imkan verəcək.

Sərgi dövlət qurumları, yanğın xidməti, xilasetmə xidməti, təcili tibbi yardım və yol polisi idarəsinin nümayəndələri, həmçinin müxtəlif fəaliyyət sahələrində böyük, orta və kiçik biznes müəssisələrinin rəhbərləri üçün nəzərdə tutulub.

Xəbər lenti

Xəbər lenti