...

Nar Mobile Azərbaycanda mobil şəbəkənin fəal inkişafını davam etdirir

Telekommunikasiya Materials 26 Oktyabr 2009 16:48 (UTC +04:00)
Nar Mobile şirkəti respublika üzrə daha 11 yeni stansiya quraşdıraraq, şəbəkə dairəsini genişləndirməyi davam etdirir.
Nar Mobile Azərbaycanda mobil şəbəkənin fəal inkişafını davam etdirir

Azərbaycan, Bakı, 26 oktyabr / Trend /

Nar Mobile şirkəti respublika üzrə daha 11 yeni stansiya quraşdıraraq, şəbəkə dairəsini genişləndirməyi davam etdirir. Bu barədə şirkətin məlumatında deyilir.

Son ay ərzində yeni baza stansiyaları Bakı (iki), Quba (bir), Qusar (beş) və Xaçmaz (üç) ərazisində quraşdırılıb.

Respublikada Nar Mobile şəbəkəsinin fəal inkişafını artan baza stansiyalarının sayı və günbəgün artan abunəçi sayı statistikası sübut edir.

Bu gün Nar Mobile şəbəkəsi əhalinin 90 faizinin yaşadığı respublika ərazisinin 80 faizini əhatə edir və 1,3 milyon abunəçini yüksək keyfiyyətli rabitə ilə təmin edir.

Xəbər lenti

Xəbər lenti