Azərbaycan, Bakı, 29 oktyabr / Trend , müxbir M.Əliyev, H.Vəliyev /
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi cümə axşamı Azərbaycan Milli Elmlər Akademiyası ilə İKT sahəsində innovasiya fəaliyyətinin genişləndirilməsinə dair protokol imzalayıb.
Protokol fundamental elmi nailiyyətlərin istifadəsi, İKT məhsulları və xidmətlərinin yaradılması və istifadə edilməsi, azərbaycanlı alimlərin qlobal problemlərin həllində iştirakına kömək edəcək milli infrastrukturun - GRID-ın yaradılmasını nəzərdə tutur. Bu işlərin həyata keçirilməsi üçün Rabitə Nazirliyi və AMEA-nın birgə işçi qrupu yaradılacaq.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]