...

Azərbaycanın Dövlət Neft Fondu intellektual binaların inşası üzrə tender elan edib

Telekommunikasiya Materials 11 Noyabr 2009 15:20 (UTC +04:00)

Azərbaycan, Bakı, 11 noyabr / Trend , müxbir H.Vəliyev/

Azərbaycan Dövlət Neft Fondu (ADNF) yeni ofis binasının inşası və işlərə nəzarət edilməsi çərçivəsində intellektual və avtomatlaşdırılmış binanın konsepsiyasının layihələndirilməsi xidmətləri üzrə açıq tender elan edib, bu barədə ADNF-in məlumatında deyilir.

Layihənin həyata keçirilməsi üçün 30 ay ayrılıb. Tenderin şərtlərinə əsasən, intelektual informasiya şəbəkəsinin infrastrukturu, informasiya təhlükəsizliyinin intellektual şəbəkəsi, intellektual və avtomatlaşdırılmış binaların və resursların idarəetmə sistemlərinin qurulması və s. nəzərdə tutulur.

İştirakçıların sənədləri dekabrın 25-nə kimi qəbul olunacaq. İddiaçıların tender təklifləri 2010-cu ilin yanvarın 8-nə kimi qəbul olunur, tender təkliflərinin açılışı isə yanvarın 11-də baş tutacaq.

Bu sahədə iş təcrübəsi olan, Avropada və ABŞ-da layihələr həyata keçirən şirkətlərə üstünlük veriləcək.

Əlavə məlumat almaq üçün əlaqə: 498-77-53 (daxili 176) və ya e-mail [email protected].

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti