...

Azərbaycanda IT məhsullarının istehsalı 12,9 faiz artıb

Telekommunikasiya Materials 16 Noyabr 2009 16:39 (UTC +04:00)

Trend-i buradan izləyin

Azərbaycan, Bakı, 16 noyabr / Trend , müxbir H.Vəliyev/

Yanvar-oktyabr aylarında Azərbaycanda İT iməhsullarının və xidmətlərinin həcmi 860 milyon manat olub ki, bu da ötənilki göstəricidən 12,9 faiz çoxdur. Bu barədə Dövlət Statistika Komitəsinin məlumatında deyilir.

Hesabat dövründə İKT işçilərinin orta aylıq əməkhaqları 15,7 faiz artaraq 498 manat təşkil edib. İşçilərin 73,4 faizi telekommunikasiya sektorunun payına düşür, onların sayı son il ərzində 3,7 faiz artaraq 20,6 min nəfər olub.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti