...

Azərbaycanın mobil rabitə operatoru GPRS istifadəçiləri üçün kampaniya keçirir

Telekommunikasiya Materials 18 Noyabr 2009 20:25 (UTC +04:00)
Azərbaycanın mobil rabitə operatoru "Azercell Telecom" öz şəbəkəsinin abunəçiləri üçün növbəti kampaniyanın keçirilməsini elan edib.
Azərbaycanın mobil rabitə operatoru GPRS istifadəçiləri üçün kampaniya keçirir

Azərbaycan, Bakı, 18 noyabr / Trend , müxbir H.Vəliyev/

Azərbaycanın mobil rabitə operatoru "Azercell Telecom" öz şəbəkəsinin abunəçiləri üçün növbəti kampaniyanın keçirilməsini elan edib. Bu barədə şirkətin məlmatında deyilir.

Kampaniyanın şərtlərinə görə, 16 noyabrdan 28 dekabradək 500 MB-lıq GPRS xidməti sifariş edən SimSim abonenti üçün virtual məkanın həcmi 2 dəfə artırılacaq (1000 MB).

1000 MB sifariş edən abonentə 2000 MB, 5000 MB sifariş edən abonentə isə 10 000 MB həcmində GPRS xidmətindən istifadə etmək imkanı verilir.

Güzəştli GPRS paketindən istifadə etmək üçün GPRS trafikinin həcminə müvafiq olan rəqəmi yazıb 2525-ə qısa mesaj göndərmək lazımdır.

GPRS balansı barədə məlumat almaq üçün 2525 nömrəsinə boş mesaj göndərmək lazımdır. SMS-sorğunun dəyəri 1 konturdur.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti