...

Azərbaycanın rabitə operatoru Sumqayıt telekommunikasiya qovşağına dair yenidənqurma işlərini başa çatdırır

Telekommunikasiya Materials 20 Noyabr 2009 13:05 (UTC +04:00)
Sumqayıt telekommunikasiya qovşağnın yeni nəsil şəbəkəyə (NGN - Next Generation Network) keçirilməsinə dair işlər ilin sonuna kimi başa çatdırılacaq. Bu barədə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin (RİTN) məlumatında deyilir.

Azərbaycan, Bakı, 20 noyabr / Trend , müxbir H.Vəliyev/

Sumqayıt telekommunikasiya qovşağnın yeni nəsil şəbəkəyə (NGN - Next Generation Network) keçirilməsinə dair işlər ilin sonuna kimi başa çatdırılacaq. Bu barədə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin (RİTN) məlumatında deyilir.

İşləri, bu gün 646/647/645/649 ATS-də yeni avadanlıqlar quraşdırılması üçün bütün lazımi şərait yaradan Aztelekom İstehsalat Birliyi aparır.

RİTN-nin məlumatına görə, yenidənqurma işləri nəticəsində nömrə tutumu 43 min nömrəyə qədər artırılacaq.

Əlavə kommunikasiya avadanlıqlarının hesabına Aztelekom şəbəkəsinin genişlənməsi rəqəmsal telefon xidmətləri ilə yanaşı, müasir abonent xidmətlərinin sürətli və effektiv tətbiq edilməsinə və əlavə rabitə xidmətlərinin genişləndirilməsinə imkan verəcək.

NGN (Next Generation Network) texnologiyası öş şəbəkəsini kommutasiya paketi ilə təqdim edir ki, bu da mövcud rabitə kanallarından effektiv istifadəyə imkan verir. Çevik kommutasiya sistemi və verilənləri ötürmənin vahid şəkilə salınmış texnologiyası bir avadanlığın geniş siyahı xidmətləri göstərməsinə və yeniləri əlavə etməsinə imakn verir. Bu, əhaliyə ənənəvi xidmət növləri ilə yanaşı, İP telefoniya, genişzolaqlı internet, İP-TV və digər xidmətlərin göstərilməsinə imkan verəcək.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti