...

Bakıda ilk dəfə olaraq "İnsan kapitalı. Dövlət. Biznes" beynəlxalq konfransı işə başlayıb

Telekommunikasiya Materials 25 Noyabr 2009 12:37 (UTC +04:00)
Bu gün Bakıda Allianz Group konsaltinq şirkətinin təşəbbüsü ilə "İnsan kapitalı. Dövlət. Biznes" mövzusunda birinci beynəlxalq konfrans işə başlayıb.
Bakıda ilk dəfə olaraq "İnsan kapitalı. Dövlət. Biznes" beynəlxalq konfransı işə başlayıb

Azərbaycan, Bakı, 25 noyabr / Trend , müxbir H.Vəliyeva/

Bu gün Bakıda Allianz Group konsaltinq şirkətinin təşəbbüsü ilə "İnsan kapitalı. Dövlət. Biznes" mövzusunda birinci beynəlxalq konfrans işə başlayıb.

Konfransın tərəfdaşları Beynəlxalq Ələqələr və Hesablama Mərkəzi, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi və Access Bank-dır.

Konfransın proqramına 10 məruzə, beş master-klas, dörd "dəyirmi masa" daxıl edilib.

Məruzəçilər arasında Rusiyanın mobil rabitə operatoru "Mobilnıe TeleSistemı", iri elektronika və məişət texnikası mağazalar şəbəkəsi "Texnosila", Latviyanın "İn From Network", Access Bank (Azərbaycan), Profiles International (ABŞ), Air-Astana (Qazaxıstan), Bank Delta Credit - Societe General Group (Rusiya/Fransa) və başqaları var.

Məruzələrin aktuallığı, konkret təcrübə, master-klas və "dəyirmi masalar" konfransın işində iştirak etmək üçün istəklərini bildirən milli şirkətlər və dövlət strukturlarının diqqətini cəlb edib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti