...

Azərbaycanın mobil rabitə operatoru fakturalı xətt abunəçiləri üçün aksiya keçirilməsini elan edib

Telekommunikasiya Materials 16 Yanvar 2010 13:39 (UTC +04:00)
Azərbaycanın mobil rabitə operatoru "Azercell Telecom" MMC fakturalı xətt abunəçiləri üçün "5 il Bizimlə" adı altında aksiya keçirilməsini elan edib.
Azərbaycanın mobil rabitə operatoru fakturalı xətt abunəçiləri üçün aksiya keçirilməsini elan edib

Azərbaycan, Bakı, 16 yanvar / Trend , H.Vəliyev/

Azərbaycanın mobil rabitə operatoru "Azercell Telecom" MMC fakturalı xətt abunəçiləri üçün "5 il Bizimlə" adı altında aksiya keçirilməsini elan edib. Bu barədə şirkətin məlumatında deyilir.

Aksiya ardıcıl 60 və ya daha çox faktura ödəmiş abunəçilərə aid ediləcək. Proqram kriteriyalarına uyğun gələn abunəçilər üçün mövcud kredit-limit məbləği iki dəfə artırılacaq. Kredit-limit məbləğinin artırılması barədə abunəçi SMS vasitəsilə məlumatlandırılacaq. Keçirilən aksiya çərçivəsində borcun ödənilmə müddəti 14 gündən 21 günə uzadılacaq.

Həmçinin aksiya iştirakçıları üçün rouminq xəttinin aktiv edilməsi depozit yerleşdirmədən həyata keçiriləcək və beynəlxalq zənglərə 20% güzəşt (rouminq və qısa nömrələrə edilən zənglər istisna olmaqla) təqdim ediləcək.

Keçirilən aksiya çərçivəsində Fakturalı Xətt Abunəçilərinə həmçinin SİM-kart dəyişikliyi, GizlətCELL, Iz@hCELL (qaimənin elektron poçtla alınması) xidmətlərindən pulsuz istifadə imkanı veriləcək.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti