...

Bakcell şirkəti Alcatel və RIM ilə birgə Blackberry xidmətini təqdim edib

Telekommunikasiya Materials 9 Fevral 2010 18:45 (UTC +04:00)
Azərbaycanın mobil rabitə operatoru Bakcell Fransanın Alcatel Lucent şirkəti və Kanadanın Research in Motion (RIM) şirkəti ilə birgə öz abonentləri üçün Blackberry xidmətini təqdim edib.
Bakcell şirkəti Alcatel və RIM ilə birgə Blackberry xidmətini təqdim edib

Azərbaycan, Bakı, 09 fevral / Trend , müxbir H.Vəliyev/

Azərbaycanın mobil rabitə operatoru Bakcell Fransanın Alcatel Lucent şirkəti və Kanadanın Research in Motion (RIM) şirkəti ilə birgə öz abonentləri üçün Blackberry xidmətini təqdim edib.

İndi Bakcell abunəçiləri Blackberry curve 8900 və Blackberry bold 9000 smartfonları vasitəsilə e-mail, internet, telefon zəngləri, SMS (mətn və şəkil), multimedia və s. xidmətlərdən istifadə edə bilərlər.

Bakcell şirkətinin baş direktoru İneke Botterin sözlərinə görə, Blakberry xidməti şirkətin aparıcı mobil rabitə operatoruna çevrilməsi yolunda atılan növbəti addımdır.

Bakcell öz şəbəkəsini genişləndirib və abunəçilərə yeni məhsul və xidmətklər təqdim etmək üçün platformasını zənginləşdirir.

RIM şirkətinin korporativ marketinq üzrə vitse-prezidenti Mark Gibert Bakcell şirkətinin Alcatel Lucent şirkəti ilə birgə Blackberry xidmətini təqdim etməsindən məmnun olduğunu dilə gətirib.

Bakcell son bir il ərzində öz regional şəbəkəsini iki dəfə genişləndirib. Hazırda şirkətin aktiv abunəçi bazası 2 milyon abunəçiyə çatır.

Bakcell öz abunəçilərinə EDGE texnologiyası üzrə yüksəksürətli internet xidməti də təklif edir.

Xəbər lenti

Xəbər lenti