...

Azərbaycanın poçt rabitə operatorunun EMS xidməti Ümumdünya Poçt İttifaqının "Qızıl sertifikat"ına layiq görülüb

Telekommunikasiya Materials 16 Mart 2010 11:59 (UTC +04:00)
Azərbaycanda sürətli poçt rabitəsi xidmətləri (Express Mail Service - EMS) göstərən Azərbaycan Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin "Azərpoçt " MMC-nin "Azərekspresspoçt" Rabitə Müəssisəsi Ümumdünya Poçt İttifaqının (ÜPİ) "Qızıl sertifikat"ına layiq görülüb. Bu barədə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin məlumatında deyilir.
Azərbaycanın poçt rabitə operatorunun EMS xidməti Ümumdünya Poçt İttifaqının "Qızıl sertifikat"ına layiq görülüb

Azərbaycan, Bakı, 16 mart / Trend , müxbir H.Vəliyev/

Azərbaycanda sürətli poçt rabitəsi xidmətləri (Express Mail Service - EMS) göstərən Azərbaycan Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin "Azərpoçt " MMC-nin "Azərekspresspoçt" Rabitə Müəssisəsi Ümumdünya Poçt İttifaqının (ÜPİ) "Qızıl sertifikat"ına layiq görülüb. Bu barədə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin məlumatında deyilir. Nazirliyin məlumatına görə, "Qızıl sertifikat" "Azerexpresspoçt"in layiq görüldüyü sayca dördüncü sertifikatdır.

Hər il ÜPİ EMS Kooperativinin tapşırığı və maliyyə dəstəyi ilə müstəqil konsaltinq şirkətləri tərəfindən bütün dünyanın EMS operatorlarının il ərzində göstərdikləri xidmətlərin keyfiyyətinin təftişi və qiymətləndirilməsi aparılır; ilin yekunlarına görə nəticələr elan edilir və qızıl, gümüş və ya bürünc sertifikatlar təqdim olunur.

Birinci dəfə "Azərekspresspoçt" 2002-ci ildə "Gümüş sertifikat"a, 2003-2004-cü illərdə "Gümüş sertifikat"a, 2005-2006-cı illərdə isə "Qızıl sertifikat"a layiq görülüb.

Ekspress-çatdırma beynəlxalq servisidir. Bu gün ekspress-çatdırma üzrə xidmətlər dünyanın 190-dan çox ölkəsində göstərilir.

Xəbər lenti

Xəbər lenti