...

Azərbaycanın Vergilər Nazirliyi elektron sənəd dövriyyəsi sisteminin imkanlarını genişləndirir

Telekommunikasiya Materials 31 Mart 2010 17:27 (UTC +04:00)

Azərbaycan, Bakı, 31 mart / Trend , müxbir H.Vəliyev/

Azərbaycan Vergilər Nazirliyi elektron sənəd dövriyyəsinin funksional imkanlarının genişləndirilməsini planlaşdırır. Bu barədə Vergilər Nazirliyinin Mərkəzi Aparatı rəhbərinin müavini Elnur İmanov "Vergilər" qəzetinə müsahibəsində bildirib.

Onun sözlərinə görə, gələcəkdə vergi orqanlarının vergiödəyicilərinə ünvanlanmış cavabları vergiödəyicisinin fərdi akkauntunda saxlanılacaq və o, bununla internet şəbəkəsinə çıxışın mümkün olduğu istənilən yerdə tanış ola biləcək.

Elektron sənəd dövriyyəsi sistemi nazirlik tərəfindən martın 1-də istismara verilib. Yeni sistemin əsas üstünlüyü vergiödəyicilərinin internet şəbəkəsi vasitəsilə vergi orqanları ilə operativ yazışmasının aparılması imkanlarıdır. Yeni sistemin tətbiqi vergiödəyiciləri tərəfindən nazirliyin vergi strukturlarına daxil olan müraciətlərə baxılması prosesini sürətləndirib.

Elektron sənəd dövriyyəsinə çıxış üçün istifadəçi kodu, parol və şifrədən istifadə olunur.

İmanovun sözlərinə görə, Vergilər Nazirliyinin strukturlarının fəaliyyətində elektron sənəd dövriyyəsi sisteminin tətbiqi 2009-cu ildə 79 tondan çox kağızdaşıyıcıya qənaət olunmasına imkan yaradıb. 2010-cu ildə bu göstəricinin 98 tona kimi artırılması gözlənilir ki, bu da Vergilər Nazirliyinin 2010-cu ili respublikada dövlət ili elan etmiş dövlət başçısının təşəbbüsünə töhfəsi olacaq.

Xəbər lenti

Xəbər lenti