Azərbaycan, Bakı, 1 aprel /Trend, müxbir H.Vəliyev/
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin Dövlət Radiotezliklər İdarəsinin (DRİ) efir nəzarəti şöbəsi birinci rübdə qeydə alınmamış 469 radioelektron vasitə (REV) aşkar edib. Bu barədə DRİ-nin məlumatında bildirilir.
Ötən dövrdə DRİ tərəfindən 211 müəssisə və təşkilata texniki baxış keçirilib.
Aşkar edilmiş REV-lərdən 309-u möhürlənib, 11-i kənarlaşdırılıb, qalan 149 vasitə üzrə qeydiyyat həyata keçirilir.
Qeydiyyatdan keçməyən REV-dən istifadə edən 80 müəssisənin barəsində İnzibati Xətalar Məcəlləsi üzrə protokollar tərtib edilib, müvafiq tədbirlər görülüb.