...

Bakcell Klass nömrələri üçün yeni qiymət planı təklif edir

Telekommunikasiya Materials 1 İyul 2010 18:03 (UTC +04:00)
Azərbaycanın ilk mobil operatoru Bakcell iyunun 30-dan etibarən Klass nömrələri üçün yeni qiymət planı təklif edir. Artıq Klass nömrələrinin yeni qiyməti 6 manatlıq danışıq vaxtı da daxil olmaqla, 10 AZN-dən başlayacaq.
Bakcell Klass nömrələri üçün yeni qiymət planı təklif edir

Аzərbaycan, Bakı, 1 iyul /Trend/

Azərbaycanın ilk mobil operatoru Bakcell iyunun 30-dan etibarən Klass nömrələri üçün yeni qiymət planı təklif edir. Artıq Klass nömrələrinin yeni qiyməti 6 manatlıq danışıq vaxtı da daxil olmaqla, 10 AZN-dən başlayacaq. Bakcell Klass nömrələrinin (SIM kart) hazırkı qiymətini 24 AZN-dən 10 AZN-ə endirərək, abunəçilərin vəsaitlərinə daha çox dəyər vermiş olur. Bakcell öz Klass abunəçilərinə güzəşt təklif edir və abunəçilər dəqiqəsi 2 qəpiyə olan çox qənaətcil tariflə sevdikləri ilə danışa bilərlər.

Son 12 ay ərzində Bakcell şəbəkəsini genişləndirib və Azərbaycan regionlarında əhatə dairəsini iki dəfə artırıb. Bakcell-in aktiv abunəçilərinin sayı 2 miyona çatıb.

Bakcell həmçinin öz müştərilərinə EDGE - yüksəksürətli internet də təklif edir.

Bakcell-in Klass SIM kart-ları üçün yeni qiymət planı, həmçinin Bakcell-in digər məhsulları və xidmətləri haqqında ətraflı məlumat almaq üçün www.bakcell.com-a daxil ola və ya 555-ə zəng edə bilərsiniz.

Qeyri-Bakcell abunəçiləri isə 055 000 05 55-ə zəng etməklə Bakcell-in xidmətləri haqqında məlumat əldə edə bilərlər.

Xəbər lenti

Xəbər lenti